Ukrayna azərbaycanlılardan ibarət iki gəmiyə dron hücumu edib: "Ukrayna taxılını oğurlayırdılar"
Azov dənizində 5 azərbaycanlı həlak olub
Azov dənizinin Taqanroq körfəzində baş verən dron hücumu nəticəsində 5 Azərbaycan vətəndaşı həyatını itirib, 3 nəfər yaralanıb. Hadisə iyunun 5-nə keçən gecə, yerli vaxtla təxminən 00:45-01:55 radələrində baş verib.
Xarici bayraq altında üzən iki quru yük gəmisi – “Natra” və “Zirkon” Türkiyədən Rostov-na-Don limanına (Rusiya) taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edərkən pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Gəmilərin Azərbaycan dövlətinə məxsus olmadığı bildirilir.
Bu gün gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib.
— Oxu.Az (@oxuaz) June 5, 2026
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, hücum… pic.twitter.com/4fqJwOC0mo
Hadisənin detalları
Rusiya Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin məlumatına görə:
- “Natra” gəmisinə 4 dron zərbəsi endirilib. Ekipajın 2 üzvü həlak olub. Gəmidə yanğın baş verib, lakin ekipaj tərəfindən söndürülüb. Gəmi suyun üzərində qalıb və yedəyə alınmasına ehtiyac var.
- “Zirkon” gəmisinin üst tikili hissəsinə 4 zərbə qeydə alınıb. Ekipajın 3 üzvü həlak olub.
Ümumilikdə hər iki gəmidə 25 Azərbaycan vətəndaşı olub. Sağ qalan dənizçilər hadisə yerindən keçən üç gəmi tərəfindən xilas edilib. Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.
❗️🇦🇿 MFA: Drone Attack on Two Cargo Ships Carrying 25 Azerbaijani Citizens in Sea of Azov Leaves 5 Dead
— APA News Agency (@APA_English) June 5, 2026
Two foreign cargo ships carrying a total of 25 Azerbaijani citizens on board were subjected to drone attacks during the night, Aykhan Hajizada @Aykhanh, Head of the Press… pic.twitter.com/mPGN33oF4I
Azərbaycan XİN-in mövqeyi
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sorğusuna cavabında hadisəni təsdiqləyib:
“Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil”.
XİN hal-hazırda aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri apardığını deyir. Rusiyadakı səfirliyin bir neçə əməkdaşı hadisə yerinə yola düşüb.
Rusiya tərəfinin reaksiyası
Rusiya Xarici İşlər Nazirliyi hadisəni Ukraynanın terrorçu hücumu kimi qiymətləndirib. Nazirlik bəyan edib ki, gəmilər Ukrayna dronları tərəfindən hücuma məruz qalıb və bu, “Kiyev rejiminin terror xarakterini bir daha təsdiqləyir”.
Rusiya tərəfi vəziyyətin araşdırıldığını bildirib və həlak olanların ailələrinə başsağlığı verib. Moskva Azərbaycan hakimiyyəti və Bakıdakı səfirliyi ilə sıx əlaqə saxladığını və zəruri yardımı göstərəcəyini açıqlayıb.
Ukrayna tərəfinin mövqeyi
Ukrayna tərəfi dron hücumlarını təsdiqləyib. Ukrayna dron qüvvələrinin komandiri Robert Brovdi bildirib ki, dronlar Mariupol və Berdyansk limanlarında, həmçinin Rusiya nəzarətində olan ərazilərin sahil sularında beş gəmiyə (quru yük gəmiləri və tanker) zərbə endirib.
Onun sözlərinə görə, hədəfə alınan gəmilər “Ukrayna taxılını oğurlamaq” və hərbi yük, yanacaq daşımaqda istifadə olunub, gəmilərin adları boyanmış, radarları söndürülmüş halda olub.
Hazırda hər iki gəminin vəziyyəti, itkilərin dəqiq səbəbləri və hücumun detalları araşdırılır.
Azov dənizində 5 azərbaycanlı həlak olub