Azərbaycan növbəti lokdaun ərəfəsində: şayiə, yoxsa qaçılmazlıq?
Koronavirus pandemiyasına görə karantin rejimi 2021-ci ilin yanvarında yumşaldılmağa başlayandan Azərbaycanda israrla martın 15-də növbəti lokdaunun olacağı hadqa danışırlar. Rəsmi mənbələr bu məsələ ilə bağlı susur, amma yoluxma səviyyəsi yüksəlib. Faktlar nə deyir?
Mart Azərbaycanda ayın sonuna doğru əsas bayramın – Novruzun qeyd olunması ilə önəmlidir. Bayram günlərində, qədim ənənəyə əsasən, insanlar daha sıx görüşür, bir-birinin evinə qonaq gedir. Bütün ölkədə səhər saat 6-dan gecə yarısına qədər bütün ictimai iaşə obyektlərinin açıq olması da təkan verir. 2021-ci ildə Novrusla bağlı tətil 9 gün – martın 20-dən 28-ə qədər davam edəcək.
“İnsan həyatı hər şeydən vacibdir”
“Narahatedici məqam odur ki, bayram ərəfəsində adi günlərlə müqayisədə insanlar arasında təmas dəfələrlə çoxalır. Bu vəziyyət viruslu xəstəliklərin yayılmasına şərait yaradır”, – Azərbaycan parlamentinin səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.
“Əgər hər kəs karantin rejiminin tələblərinə riayət eləsə, bayram ərəfəsində Operativ Qərargah heç bir ciddi tədbir görməz”, – o qeyd edib.
Həkimin fikrincə, dünyada heç bir dövlət lokdaun tərəfdarı deyil: “Amma bəzən vəziyyətin özü bunu tələb edir. İnsan həyatı hər şeydən vacibdir”.
Məktəblər birbirinin ardınca bağlanır
Fevralın ortasından Azərbaycanda koronavirus yoluxmasına görə dörd məktəb karantinə bağlanıb. Onlardan üçü Bakıda, biri isə Mingəçevir şəhərindədir.
Sonuncu bu cür hadisə martın 3-də Azərbaycan paytaxtının 106 saylı məktəbində qeydə alınıb. İki laborant, bir uşaq birliyi rəhbəri və bir dərs hissə müdirinin COVID-19 testi müsbət nəticə verib.
“Bununla əlaqədar olaraq paytaxtın Qaradağ Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən məktəbdə tədris prosesi bir həftəlik dayandırılıb. Tədris distant formada davam etdiriləcək”, – regional təhsil idarəsindən bildirilib.
Martın 9-dan bu məktəbdə adi tədrisin bərpa olunması planlaşdırılır.
Metronu açmağa hazırlaşırlar?
Bununla belə, yaxşı xəbərlər də var. 2020-ci ilin oktyabr ayında koronavirusa yoluxma sayı artdığına görə bağlanan Bakı metropoliteni öz sərnişinlərini, ehtimal ki, ilk dəfə qəbul etməyə hazırlaşır.
“Koronavirus pandemiyası ilə əlaqədar sərnişin daşınması hələ ki dayandırılıb. Hərçənd fəaliyyətə hazırlığın yoxlanılması məqsədi ilə Bakı metropoliteninin bütün infrastrukturu nəzarətdən keçiriləcək, o cümlədən martın 6-7-i qatarlar test rejimi ilə xətlərə buraxılacaq. Həmçinin mühəndis-texniki qurğuların, avadanlıqların və elektrik təchizatı sistemlərinin funksionallığı yoxlanılacaq”, – metropolitenin rəhbərliyində xəbər veriblər.
Vaksinasiya davam edir
Azərbaycanda koronavirus infeksiyasından peyvənd edilən adamların sayı açıqlanıb.
Belə ki 2021-ci il martın 2-də ölkədə 20 903 adam peyvənd olunub, Nazirlər Kabineti yanında operativ qərargah xəbər verir.
Ölkədə indiyədək immunizasiya prosesində 313 582 vətəndaş iştirak edib.
Şərhlər
Novruz bayramı öncəsi lokdaun ehtimalı barədə rəsmi informasiyanın olmaması səbəbindən sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri hakimiyyətdən bu məsələyıə aydınlıq gətirməsini tələb edir.
Bir neçə səciyyəvi şərh:
“Əgər yoluxanların sayı bu templə inkişaf edərsə, hakimiyyət martıqn 15-dən lokdaun ehtimalı məsələsinə aydınlıq gətirməli olacaq”.
“Rəqəmlərə baxıram təəccüb edirəm: onlar vəziyyətin pisləşəcəyini öncədən necə görə bilərdilər? 15 mart haqqında artıq bir aydır ki danışırlar, rəqəmlərsə sözügedən tarix öncəsi yüksəlməyə başlayıb”.
“Əgər lazımdırsa, əlbəttə ki, elan edəcəklər. Amma yenə də bütün bunlar qəribədir – hər şey, məlum tarix, yoluxmanın artımı, bayramın yaxınlaşması…”