Azərbaycanda mxalifətçi polisi ittiham etdiyi üçün iki il həbs cəzası alıb
Azərbaycanda müxalifətçi Əlizamin Salayev polis əməkdaşını bir qıza təcavüz etməkdə günahlandırandan sonra özü böhtan və təhqir ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Salayevin partiyadaşları hesab edirlər ki, onun haqqında çıxarılan hökm siyasi motivlidir.
- Ermənistanda, Azərbaycanda, Gürcüstanda və Rusiyada Stalin repressiyaları. Video
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Ermənistanda məxməri inqilab edənlər haqda beş hekayə
Əlizamin Salayev müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür və Salyan rayonunda yaşayır.
2020-ci ilin yanvarında Salayev yerli vəzifəli polis əməkdaşlarından biri Həmzə Əzizovu yalan və şantajla rayonda bir qızı intim münasibətə məcbur etməkdə günahlandırıb. Polis əməkdaşı və müxalifətçi arasında bu zəmində baş verən mübahisə videoya çəkilib və internetdə yayılıb. Sosail şəbəkələrdə haqqında söhbət gedən qızın elə həmin Əzizova “deşici-kəsici alətlə bədən xəsarətləri yetirdiyinə” görə yeddi il müddətinə azadlıqdan məhrum edildiyi haqda da yazılıb.
Bu qalmaqaldan demək olar ki, dərhal sonra Salayev sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka inzibati cəza alıb.
Salayev bildirib ki, polis idarəsində ona işgəncə verilib, amma hakimiyyət bu şikayətə heç bir reaksiya verməyib.
Nəticədə Həmzə Əzizov Salayevi böhtan və təhqir ittihamı ilə məhkəməyə verib. Məhkəmə aprelin 20-də baş tutub və işə tələsik baxaraq, Salayev haqda hökm çıxarıb.
Bütün bunlar haqda “Kavkazskiy uzel” Salayevin doğmaları və AXCP üzvlərinə istinadən yazıb.
Bundan başqa, Salayevə qarşı daha bir cinayət işi qaldırılıb – onu qonşusuna yüngül bədən xəsarətləri yetirməkdə ittiham ediblər. Doğmaları bu işi də saxta hesab edirlər.
2019-cu ildə isə Salayev dörd dəfə inzibati həbsə məruz qalıb, əsasən, bunlar müxalifətin mitinqlərindən əvvəl və sonra baş verən həbslərdir.
AXCP Salayev haqda çıxarılan hökmü “partiya üzvlərinə qarşı həyata keçirilən reprssiyanın növbəti nümunəsi” adlandırıb, çünki ötən bir neçə gün ərzində müxtəlif səbəblərlə partiyanın bir neçə üzvü həbs edilib. Həmçinin partiya lideri Əli Kərimlinin bildirdiyinə görə, artıq bir həftədir ki, o özü də hakimiyyətin təzyiqinə məruz qalır.