Azərbaycan hələ 2007-ci ildə Avropa Konvensiyasına qoşulsa da, ölkənin qanunverici aktlarında heyvanlara zərər verilməsi ilə bağlı cərimələr nəzərdə tutulsa da, sahibsiz itlərin və pişiklərin taleyində ciddi dəyişiklik yoxdur. Onlar bəzən sadəcə olaraq məhv edilir.
Heyvan hüquqlarının müdafiəçiləri artıq bir neçə dəfə Bakıda etiraz aksiyaları keçiriblər. Belə heyvansevərlərdən biri də Aynur Babazadədir. O, gələcəkdə bu işi peşəkar səviyyədə görməyi planlaşdırır.