Cənubi Qafqazda geosiyasi mübarizə və Azərbaycanın gözləmə mövqeyi
Azərbaycanın gözləmə mövqeyi
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi dayanıb. Rəsmi Bakı Qərb mərkəzlərinin vasitəçiliyi ilə Qranadada Yerevanla görüşdən imtina edib. Azərbaycanın gözləmə mövqeyinin səbəbi nədir, Bakı nəyi gözləyir? Bu suala Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ekspertləri öz analitik icmalında cavab veriblər.
- “Yaşamaq, körpə oğlumu böyütmək istəyirəm”
- Harada ərzaq daha bahadır? Bakı, Yerevan və Tbilisidə qiymətlər haqqında video
- “Ermənistan ancaq çağırışlara reaksiya verirdi”: 2020-ci il müharibəsindən sonrakı vəziyyət haqqında
“Son zamanlar regionumuzda cərəyən edən geosiyasi dəyişikliklər daha intensiv şəkil alıb. Böyük güclərin Cənubi Qafqazdakı rəqabəti artıq açıq formaya keçib. Prosesin iştirakçılarından hər biri öz iddialarını bəyan edərək müvafiq addımlar atır”, – deyə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) son analitik icmalında bildirilir.
Bakı və Ankaranın sülh çağırışları
“Azərbaycan Türkiyə ilə birgə bölgədə davamlı sülhə yönəlik siyasi xəttini davam etdirir. Dövlət suverenliyinin bərpasından sonra Qarabağ və ətraf ərazilərdən keçən regional infrastrukturun qurulması işləri sürətlə aparılır. Bakı və Ankara Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olması üçün işlək kommunikasiyaların vacibliyini anlayaraq regional nəqliyyat layihələrinə xüsusi önəm verir. Paralel olaraq, hər iki ölkə müxtəlif səviyyələrdə mütəmadi şəkildə Ermənistana ünvanlanan sülh və əməkdaşlıq çağırışları səsləndirir”.

Qərbin Gürcüstan və Ermənistan həmləsi
“Qərb Gürcüstan və Ermənistanla yaxınlaşma istiqamətində addımlar atır. Aİ-nin irəli sürdüyü tələbləri tam yerinə yetirməməsinə baxmayaraq Gürcüstana ittifaq üzvlüyünə namizəd statusunun verilməsi, rəsmi Tbilisinin isə Ermənistana silah tədarükü üçün öz ərazisindən istifadəyə razı olması bölgəmizdə geosiyasi mübarizənin daha da kəskinləşməsinin təzahürüdür.
Ermənistana gəlincə, Borrelin Aİ XİN rəhbərləri toplantısından sonrakı məlum bəyanatı, ölkədəki Aİ missiyasının genişlənməsi, Fransanın birbaşa və açıq şəkildə Ermənistana silah təchizatı fonunda Paşinyanın Minksdə keçiriləcək KTMT liderləri sammitində iştirakdan imtinası Yerevanın Qərbin şərtlərini qismən də olsa qəbul etdiyini göstərir. Ehtimal ki, Ermənistan tərəfi ABŞ və Aİ-dən ictimaiyyətə açıqlanmayan zəmanətlər alaraq KTMT-dəki fəaliyyətini sıfıra endirib. Lakin istənilən halda, Yerevanın Qərbə doğru dönüşü Azərbaycanla sülh müqaviləsi olmadan və Türkiyə ilə münasibətləri normallaşdırmadan baş verir ki, bu da Ermənistan üçün olduqca risklidir”.
Rusiya və İranın əks reaksiyası
“Rusiya və İranın bölgəmizdəki hazırki siyasəti daha çox reaktiv xarakter daşıyır və qarşı tərəfin fəaliyyətilə bağlı cavab addımları kimi səciyyələndirilə bilər. Fikrimizcə, Rusiyanın Paşinyanın son qərarına, İranın isə Ermənistandakı Aİ missiyasının genişlənməsinə əks reaksiyasını çox gözləmək lazım gəlməyəcək.

Mövcud şəraitdə Moskva və Tehranda konkret hansı qərarların qəbulundan asılı olmayaraq deyə bilərik ki, bu iki ölkənin Cənubi Qafqazdakı cari fəaliyyəti regionda Qərbin təsirinin məhdudlaşdırılmasına yönəlib”.
Gözləmə mövqeyi
“Yerli və beynəlxalq aktorların Cənubi Qafqazda atdıqları praktiki addımlar müəyyən müddət sonra regiondakı mövcud qüvvələr nisbətində əyani şəkildə təzahür edir. Hazırda Bakı Qərbin vasitəçiliyi ilə növbəti danışıqlarda iştiraka qərar vermək və ya fasiləni uzatmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinin noyabrın 17-də açıqlanacaq ilkin qərarını, eləcə də ABŞ-ın mövqeyinin rəsmiləşdirilməsini gözləyir.
Aİ-nin Ermənistana hərbi-siyasi dəstəyə haqq qazandırmaq üçün Azərbaycanı əsas təhdid kimi göstərməsi və ölkəmizi hədələməsi fonunda Bakı baş verənləri sakitliklə izləyir, Qərbin yalan və əsassız ittihamlarına soyuqqanlı reaksiya verməklə kifayətlənir.
Belə ki, Qərb, Rusiya və İran arasında Ermənistan uğrunda gedən geosiyasi mübarizədə Yerevan üzərində ən azı müəyyən müddət üçün kimin söz sahibi olduğu aydınlaşmalı və məhz həmin mərkəzlə danışıqlar aparmaq üçün mövcud yanaşmalarda uyğun düzəlişlər edilməlidir”.
Nəticə
“Bir sözlə, hazırki beynəlxalq fon Ermənistan-Azərbaycan sülh prosesinə zərər verir və onu böyük güclərin təsir mexanizminə çevirir.
Vəziyyətin bu nöqtəyə gəlib çatmasının günahkarı, əlbəttə ki, düşmənçilik siyasətindən əl çəkməyən və tarixi fürsəti dəyərləndirməyən Ermənistandır. Çıxış yolu isə yalnız birbaşa danışıqlar və sülh sazişinin imzalanmasıdır.
Yerevan anlamalıdır ki, böyük dövlətlərin ssenarilərinə uymaqla sülhü çətinləşdirməməli, Bakı ilə birgə reallıqlar yaradaraq maraqlı tərəfləri fakt qarşısında qoymalı və regional mübarizənin açıq münaqişəyə keçidini əngəlləməlidir”.