Azərbaycanda yaşayış evində baş vermiş partlayışda üç nəfər həlak oldu
Ölkənin qərbində yerləşən Gəncə şəhərində yaşayış binasında bu gün səhər partlayış baş verib, binanın bir hissəsi dağılıb. Hazırkı dəqiqəyə olan məlumata görə, dağıntıların altından üç nəfərin meyiti və bir yaralı çıxarılıb.
İlkin məlumatlara görə, partlayışa məişət qazının qızması səbəb olub. Dördmərtəbəli binanın üç blokundan birincisi dağılıb.
• Yerevanda çoxmərtəbəli binada partlayış: evin özündən başqa xəsarət alan olmayıb
• 11 sentyabr hadisələri kinematoqrafda necə əksini tapıb
Xilasetmə-axtarış işləri davam etdirilir. Yerli qüvvələrə kömək məqsədilə Bakıdan xilasedicilərin əlavə qüvvələri və xidməti itlərlə kinoloqlar gəlib.
Əgər itlər başqa heç kimi aşkarlamasalar, dağıntıların təmizlənməsi işləri aparılacaq, sonradan isə binanın gələcək taleyi həll ediləcək. Bunu Fövqəladə Hallar Nazirliyinin başçısı Kəmaləddin Heydərov deyib.
Bu ilin yanvar ayında Bakıda oxşar hadisə qeydə alınmışdı: qaz sızması nəticəsində yaşayış binasının zirzəmisində partlayış baş vermiş və bir nəfər xəsarət almışdı.