Azərbaycanda qaz və elektrik bahalaşır
Azərbaycanın Tarif Şurasının qərarı ilə iyulun 1-dən təbii qaz və elektrik bahalaşacaq. Düzdür, hakimiyyət vətəndaşları sakitləşdirməyə tələsib və bildirib ki, elektrik enerjsinin bahalaşmasının əhaliyə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, qəbul olunmuş qərarlar sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib.
- Azərbaycanda su iki qat bahalaşıb, bəs keyfiyyəti necə?
- Azərbaycanda ailənin xərclərinin yarısı qidalanmaya sərf olunur: bu yaxşıdır, ya pis?
- Gürcüstanda ərzaq kəskin bahalaşıb və inflyasiya yüksək həddədir
İyunun 30-da bir neçə dəqiqə fərqlə Azərbaycanın Nazirlər Kabineti yanında Tarif Şurasının iki qərarı dərc olunub. Onlardan brincisi qaz tarifləri ilə bağlı olub.
Qaz demək olar ki, iki dəfə bahalaşıb
Bu günə qədər Azərbaycanda əhalinin istifadə etdiyi təbii qazın iki tarifi vardı. İldə 2200 kubmetrə qədər qazın kubmetri 0,1 manata [0,06 dollara yaxın], bu limitdən yuxarı isə ikiqat baha – 0,2 manata [təxminən 0,12 dollar] hesablanır.
İndən belə kvotalaşdırma fərqli olacaq. Beləliklə, 0,1 manat [0,06 dollara yaxın] qiymət ancaq ildə 1200 kubmetr limitə qədər qüvvədədir. Başqa sözlə, minimal qiymətlə limit təxminən yarıbayarı azaldılıb. Bu limit 2500 kubmetrə qədər aşıldığı zaman “mavi yanacağın” hər kubmetri 0,2 manata [təxminən 0,12 dollar], bu limitdən sonra isə 0,25 manata [təxminən 0,15 dollar] bərabər olacaq.
Maraqlıdır ki, qazın qiymətinin artmasını “Azəriqaz” istehsalat birliyindən ekoloji tələblərlə izah ediblər. “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin sözlərinə görə, qazın yeni tarifi Azərbaycanda istilik şəbəkələrinin inkişafına şərait yaradacaq.
“Mərkəzləşdirilmiş istilik sistemindən dünyanın bir çox ölkələrində istifadə olunur. Bu, fərdi istilik sistemindən sadəcə qaza qənaətilə seçilmir, həm də ekoloji nöqteyi-nəzərdən bir çox üstünlüklərə sahibdir”, – o qeyd edib.
Elektrikin qiyməti?
Azərbaycanda 2021-ci il iyulun 1-dən elektrik enerjisinin qiyməti sutkanın saatlarına görə hesablanacaq.
Beləliklə, elektrik enerjisinin bir kilovat-saatı data-mərkəzlər (qeyri-əhali) üçün 08:00-dan 22:00-a qədər 7,3 qəpik, 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik olacaq.
Tarif Şurasında qeyd ediblər ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur:
“Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib”, – qurumdan bildirilib.
Şərhlər
Tarif Şurasının bu qərarları sosial şəbəkələrin Azərbaycan seqmentində qızğın müzakirələrə səbəb olub. Bəzi xarakterik şərhləri təqdim edirik:
“Qazın qiymətinin qalxması meşələrin qırılmasına gətirib çıxaracaq. Limiti kənddə bir evə bəs edəcək qaz həcmini nəzərə alaraq tətbiq etmək lazımdır. Belə olmasa, meşə qırımının qarşısını heç nə ilə almaq mümkün olmayacaq”.
“Dəhşətlidir ki, gözümüzün qarşısında əhalinin yoxsul təbəqəsi daha da pis vəziyyətə düşdüyü zaman da biz səsimizi çıxara bilmirik”.“Maraqlıdır ki, qazın bahalaşmasına Ukraynada və Türkiyədə qazın qiymətinin yüksək olmasıı arqument gətirirlər. sərf eləməyəndə bizim qaz idxalçısı yox, ixracçısı