Bu günlərdə Azərbaycanda ölkənin əsas bayramı – Novruz qeyd olunur. Martın 20 və 21-də azərbaycanlılar milli Yeni ilin başlanğıcını bayram edirlər.
Novruzun kökləri çox qədimlərə gedib çıxır. Azərbaycanda bu bayramın mənşəyi haqqında mübahisə etməyi xoşlayırlar. Əksəriyyət bu bayramı atəşpərəstlik dövrü ilə əlaqələndirir.
Maraqlıdır ki, bu il mətbəx ənənələri ilə zəngin olan Novruz müsəlmanlara gün batmazdan əvvəl yemək və içmək qadağan edilən Ramazan ayına təsadüf edib.
Hazırkı Novruzun başqa bir fərqləndirici xüsusiyyəti onun 30 ildən artıq müddətdə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində qeyd olunmasıdır.
Böyük bayram gününə uyğun olaraq martın 20-dən 27-dək Azərbaycanda qeyri-iş günləri elan edilib.