Azərbaycanda müzakirə edirlər - qadını xəyanətə görə döymək olar ya yox
Azərbaycanda əri tərəfindən xəyanətdə şübhəli bilinib, döyülən və başı qırxılan qadının ətrafında qızğın mübahisələr davam edir. Bu haqda xəbər təxminən bir həftə əvvəl yayılıb, bir neçə gün öncə isə oxşar hadisə baş verib. .
Güc qurumları “istintaqın aparıldığını” bildirir, sosial şəbəkələrdə isə insanlar kimin günahkar olduğunu müzakirə edir – həyat yoldaşları ilə bu cür rəftara yol verən kişilər, yoxsa bunun “səbəbkarı” olan qadınlar.
Birinci hadisə: xəyanətə görə cəza
Kislovodskda yaşayan azərbaycanlı yoldaşını xəyanətdə şübhəli bilib. “Alçaldılmış qeyrətinin cəzası” olaraq qadını döyüb, başını qırxıb və bütün bunları videoyaya çəkib. İşgəncədə isə ona valideynləri kömək edib.
• Azərbaycanda şikayət etməyə yerin olmadığı halda zorakılığa görə kimə şikayət etmək lazımdır?
• Azərbaycanın bəzi restoranlarında niyə qadınları qəbul etməyi sevmirlər
• Azərbaycan sakinləri birinci seks təcrübələri haqda danışırlar
Bu video internetdə yayılandan sonra böyük qalmaqal yaşandı. Zərərçəkənin anası polisə müraciət etdi. Məlum oldu ki, ailədə bundan əvvəl də münaqişələr olub, qadın da bir müddət ərindən ayrı yaşasa da, sonradan qayıdıb.
Sosial şəbəkələrdə reaksiya
Bu ailə keçən həftə ərzində sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub. Müzakirələr zamanı da istifadəçilər təkcə kişini günahkar saymayıb. Çoxları kişiyə haqq qazandırıb. Ümumilikdə cəmiyyət iki də yox, bir neçə cəbhəyə ayrılıb. Kimsə qadını bu cür ərlə yaşamağa davam etdiyinə görə günahlandırıb. Əri müdafiə edənləri söyənlər də olub.
Bəzi şərhlər:
«Xəyanət edibsə belə, üstünə qışqır, söy, ən pis halda boşan. Bu nə vəhşilikdir? Bir insan başqa bir insana necə əl qaldıra bilər?”
«Ona əcəb olub! Xəyanətə görə nəinki döymək, asmaq lazımdır!»
«Kişini ittiham edənlər özlərini onun yerinə qoysun. Siz nə edərdiz?»
«Yaxşı ərin arvadı gəzməz. Yəqin ki, kişinin öz günahıdır!»
«Belə şeylər ailənin içində qalmalı, publikaya çıxarılmamalıdır. Kişi qanunla cəzalandırılacaq, qadını isə Allah cəzalandıracaq»
«Bir tərəfdən, qadına yazığım gəlir. Amma digər tərəfdən, qadın niyə hələ də ondan ayrılmayıb, niyə yeni həyata başlamayıb, bu həddə çatdırıb?»
«Belə kişilərdən iyrənirəm: videoda olan və ona şərhlərdə haqq qazandıranlardan»
«Bu işi görənə lənət olsun»
«Qəddarlığı və zorakılığı dəstəkləyənləri birdəfəlik axtalamaq lazımdır»
İkinci hadisə: 14 illik zorakılıq
İkinci hadisə Azərbaycan rayonlarından birində baş verib. Mətbuat bu hadisə barədə “Azərbaycan uşaqları” Birliyinin sədri Kəmalə Ağazadədən xəbər tutub. O, onların sığınacağına ərinin əlindən qaçmış qadının müraciət etdiyini deyib. 14 il ərzində əri onu müxtəlif səbəblərdən döyüb, başını qırxıb, təhqir edib.
Qadın ata evinə qayıtmaq istəyib, atası isə ona şərt kəsib: qayıtsa onun iki azyaşlı qızını (öz nəvələrini) oxumağa qoymayacaq, tezliklə ərə verəcək. İndi bu problemlə “Azərbaycan uşaqları” birliyi məşğul olur.
Statistika
Bakıda bu yaxınlarda 16 günlük “Qadın və qızlara qarşı zorakılığın dayandırılması” kampaniyasına həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Adıgözəl Adıgözəlov deyib ki, Azərbaycanda qadınlara qarşı cinayətlər azalıb. 2018-ci ildə 678 məişət zorakılığı faktı qeydə alınıb, onlardan 135-i intihar və intihar həddinə çatdırma olub və bu zəmində qadınlara qarşı cinayətdə 2004 nəfər məsuliyyətə cəlb olunub.
Mütəxəssislər isə şikayət edirlər ki, məhz qadınlara qarşı məişət zorakılığı və məişət zəminində qadınların qətllərinin adekvat statistikasını aparmaq mümkün deyil. Buna görə də mütəxəssislər kriminal xronikanı mətbuatdan izləmək məcburiyətində qalırlar. Bu zaman da polisə müraciət olunmamış hadisələr “kadr arxasında” qalır.