Ramazan məcburi müsəlman orucu aydır. Bu zaman mömin müsəlmanlar sübhdən şam qaralana kimi qidadan, içkilərdən və siqaret çəkilməsindən kənar dururlar.
Yalnız hava işıqlanana kimi və gün batandan sonra yeməyə və içməyə icazə verilir. Axşam yeməyi “iftar” adlanır və onun su və xurma ilə başlanması qəbul edilib. Oruc vaxtı bir çox restoranlar xüsusi “iftar menyusu” təklif edirlər.
Orucun məqsədi ruhun təmizlənməsi, öz inamının gücünün təsdiqi və Allahın xeyir-duasının qazanılmasıdır.
Qadınlar və kişilər, həmçinin müəyyən yaşdan sonra uşaqlar da, sağlamlıqları yol verirsə, oruc tuta bilərlər.
Orucun vaxtı Ay təqvimi ilə müəyyən edilir və hər il bir neçə gün irəli çəkilir.
Orucluq eyniadlı bayramla başa çatır. Lakin dövlət səviyyəsində o, Azərbaycanda 1993-cü ildən qeyd olunmağa başlayıb ki, həmin vaxt ölkə Sovet İttifaqının tərkibindən çıxıb və müstəillik qazanıb.
Bayram münasibətilə oruc tutanlar bayram namazı qılırlar və üç kiloqram unun pul ekvivalentində nəzir paylayırlar.