Karantin günü qaydaları pozaraq hovuzda dincələn vətəndaşları polis saxlayıb. Alov qüllələrinin hotelinin fəaliyyəti və sosial şəbəkədə hovuzdan yayılan foto insanların qəzəbinə səbəb olub, bəzi vətəndaşlar bunun varlı və kasıb əhali arasındakı diskriminasiya olduğunu bildiriblər.
Daha əvvəl Nabranda yerləşən istirahət məskəzlərindən birini həftə sonu işlədiyinə görə polis cərimələyib mərkəzi bağlamışdı. Sərt karantin müddətində hotellərin işləməsinə məhdudiyyət qoyulmayıb lakin 5 nəfərdən artıq insanın bir araya toplaşması qadağandır
Alov qüllələrinin hoteli həftə sonu istirahət reklamı edərək vətəndaşları hotelə dəvət edib. İnsanların hotelin hovuzunun ətrafında heç bir sosial məsafə saxlamadan istirahət zamanı foto və videoları sosial şəbəkədə yayıldıqdan sonra polis hotelə gedərək əməliyyat keçirib. 14 nəfər saxlanılıb və cərimələnib.
Mart ayından bəri qüvvədə olan və cəmi bir ay yüngülləşən karantin rejimi hazırda da qüvvədədir, rəqəmlərin gündəlik 40 nəfər yoluxmadan 500-ə qalxması ölkədəki sərt karantin rejimini yenidən qüvvəyə mindirdi, bu karantin rejimində də vətəndaşlar evdə oturmağa məcbur edilirlər. Sərt karantin dönəmində evdən çıxmaq üçün ancaq 2 saatlıq sms icazəsi yaxud iş icazəsi olması mütləqdi, Bakıda metronun fəaliyyəti tamamilə dayandırılıb, həftə sonları isə ictimai nəqliyyat işləmir.
İyulun 5də ölkədə 523 nəfər koronavirusa yoluxub, 9 nəfər isə ölüb. Bu günə qədər ölkədə virusa 20 324 nəfər yoluxub, hazırda isə 8332 nəfər virusdan müalicə alır. Virusdan ümumi ölüm sayı isə 250 nəfərdi.
Polis hotelə gələrək vətəndaşları polis bölməsinə aparıb, yayılan görüntülərdə vətəndaşların bundan xəbərsiz olması və kameralardan qaçması görünür Sosial şəbəkədə gündəm mövzusuna çevrilən hadisə 100-ə yaxın istifadəçi tərəfindən paylaşılıb, bəzi insanlar dövlət tərəfindən vətəndaşlar arasında diskriminasiya edildiyini və polisin həmin oteldə əməliyyat aparmayacağını müzakirə edirlər. Polisin apardığı əməliyyatdan video və foto yayıldıqdan sonra müzakirələr dayanıb.
Bəzi rəylər
“4 polis tutub, uçurda-uçurda aparıb maşına bassaydı onları, deyərdim ölkədə bərabərlik var. Videodan görünən odur ki, gəzə-gəzə uzaqlaşırlar oteldən.
Əslində hüquqi şəxs, otel sahibi şirkət cərimə olunmalıdı.
İndi küçədən keçən bir iki nəfərə 10 manat verib kamera önündə üzr istədəcəklər ki, guya bu adamlardı.
Mənə elə gəlir ki, ordakılar yox, polislər oranı basdıqları üçün axşam üzr istəyəcəklər”