2021-ci il dekabrın sonundan Azərbaycandakoronavirus epidemiyasının dördüncü dalğası geri çəkilməyə başlayıb. Bu tendensiya 2022-ci ilin ilk günlərində də qalıb. Ölkə əhalisinin 15 faizindən çoxu artıq vaksinin buster dozasını vurdurub. Fevralın 15-dən vaksinin üçüncü dozası mütləq olacaq.
Azərbaycanda 2021-ci ilin avqustunda başlayan və iki artım dövrü olan koronavirus epidemiyasının dördüncü dalğası geri çəkilməyə başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın dərc etdiyi qrafikadan göründüyü kimi 2021-ci il oktyabrın əvvəlində qısa sürən fasilədən sonra COVID-10 infeksiyasına yoluxma sayında ikinci dəfə kəskin artım oldu.
Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyən edilməsi dinamikası
2022-ci ilin əvvəlindən koronavirusa gündəlik yoluxma hallarının sayı 500-600-ü aşır. Bu. 2021-ci ilin avqustundan minimal həddir.
Rəsmi məlumata əsasən Azərbaycanda “omikron” ştamı ilə yoluxma halı qeydə alınmayıb.
Qafqaz ölkələrində koronavirusa yoluxma hallarının dinamikası ilə burada tanış olmaq mümkündür.
Azərbaycanda vaksinasiya
Azərbaycanda dörd adda peyvəndlə – Sinovac (Çin), Sputnik V (Rusiya), AstraZeneca (Cənubi Koreya) və Pfizer (ABŞ-Almaniya) vaksinasiyadan keçmək mümkündür.
Yanvarın 6-a olan məlumata əsasən, əhalinin 46,8 faizi ölkədə istifadə olunan istənilən vaksinin hər iki dozasını vurdurub, 51,8 faiz isə peyvəndin ən azı bir dozasını vurdurub.
Üçüncü – buster dozasını vurduranların sayı Azərbaycan əhalisinin 15,5 faizini təşkil edir.
Üçüncü doza mütləq olacaq
2022-ci il fevralın 15-dən koronavirusa qarşı vaksinin iki dozasından altı ay keçəndən sonra iki dozanı əks etdirən COVID-pasportlar qüvvəsini itirəcək. Başqa sözlə, əgər vətəndaş ikinci dozanı 2021-ci ilin sentyabrın da vurdurubsa, COVID-pasportdan marta qədər istifadə edə biləcək.
Üçüncü, buster dozasının vurulduğu haqda sənəd müddətsiz elan olunub. Gələcəkdə bununla bağlı başqa qərar da qəbul edilə bilər – Operativ Qərargaın məlumatında deyilir. Bu o deməkdir ki, tezliklə vaksinin dördüncü dozasının mütləq olması haqda qərar qəbul edilə bilər.
Azərbaycanda COVID-pasportsuz ictimai iaşə obyektlərinə (qapalı məkanlara), kinoteatrlara, teatrlara, muzeylərə, ticarət mərkəzlərinə giriş qadağandır.