Karantin rejimi əvvəl olduğu kimi yenə sərt olacaq, Iyunun 21-dən iyulun 5-dək insanlar 2-3 saatlıq sms icazəsi ilə evlərini tərk edəcəklər, ticarət mərkəzləri, salonlar və muzeylər bağlanacaq. Karantin rejimi ancaq böyük şəhərlərdə – Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq olunacaq. Bu qərarı Azərbaycan hökumətinin yaratdığı koronavirusla mübarizə qurumu, Operativ Qərargah verib. Operativ Qərargah sınadığı iki günlük “həftə sonu” karantin qərginliyə və hətta polislə vətəndaşların toqquşmasına səbəb olub. Amma koronavirusa yoluxanların sayı sürətlə çoxalaraq 10.000 nəfəri keçib. Bu səbəbdən karantin rejiminin sərtləşdirilməsinə qərar verilib.
Karantin müddətində:
▪️SMS icazə ilə evdən çıxılacaq,
▪️Ticarət mərkəzləri bağlanır,
▪️İctimai-iaşə obyektləri bağlanır,
▪️Bərbərxana-gözəllik salonları bağlanır,
▪️Muzey və sərgilər bağlanır,
▪️Açıq havada idman oyunları ləğv edilir.
Koronavirusun bugünə olan statistikası Virusa bugünə qədər yoluxanların sayı 11329 Yeni yoluxma faktı 338 Sağalıb evə buraxılanlar 6192 Bu gün ölənlərin sayı 6 Ümumi xəstə sayı 4998 Olunmuş test sayı 403499