Azərbaycanda irland krujevası
Alyonanın evində sap, biser, muncuq, mil, qarmaq və digər əl işi ləvazimatlarının əlindən tərpənmək mümkün olmayanda, yoldaşı ona nəhayət, icarəyə emalatxana götürməyi təklif etdi. Alyonanı tanıyan heç kəs (“Hansı Alyona? İrland krujevası?) zərrə qədər də təəccüblənmədi – hansısa həvəs həyat tərzinə çevriləndən sonra bunun yeganə yolu həmin həvəsi biznesə çevirməkdir.
“Əlbəttə ki, krujevanı podiuma çıxarmaq, brend, öz şəxsi xəttimi, irland krujevasının Azərbaycana xas qolunu yaratmaq istəyim vardı. İrland krujevasının hazırlanma texnikasını Alyona İrlandiyada, Klones şəhərində öyrənib. 2015-ci ildə isə artıq mütəxəssis kimi məşhur krujeva ustası Mayra Trenorun yay məktəbinə dəvət alıb. Alyona Səlimovanın krujevalı şərflərı irland “klassikasından’ sapın seçimi, naxışları və rənglərin ahəngi ilə fərqlənir – bu çalarlardan başqa heç kim istifadə etmir.
Foto: Alyona Səlimovanın yaradıcılıq emalatxanası
Bir şərfə 50 iş saatı, krujevalı dona isə 4 ay sərf edilir. Buna görə də bir şərfin qiyməti 150 manat (100 dollar), donun qiyməti isə 1000 manatdır (620 dollara yaxın). Yerli orta təbəqə üçün bu, çox bahadır. Başqa ölkələrdə kütləvi bazar üçün nəzərdə tutulmayan əşyaları imkanlı adamlar böyük həvəslə alırlar, Azərbaycanda isə “əl işi yarlığı malın satılmasına kömək etmir. Buna görə də Alyona il ərzində toxuduğu 8 şərfdən ancaq birini sata bilib, onu da Kanadaya aparıblar.
Bundan başqa, Alyona biserlə toxuma (təbii daşlardan bijuteriya düzəldir), hörgü, xalça toxuma və “əl sənətinin bir çox digər növləri ilə məşğul olur. Amma orijinal al-əlvan kolye və sırğalar ilhamlandırıcı gəlir təmin edəcək qədər yaxşı satılmır.
Devalvasiyanın ikinci dalğası gəlirli bizneslə bağlı arzuları kökündən məhv etdi. Tələbat az olduğuna görə, gəlir əldə etmək onsuz da demək olar ki, olmur, üstəlik də pensiya fonduna təsbit edilmiş məbləği müntəzəm olaraq ödəmək balaca biznesin imkanı xaricindədir. Alyona emalatxananın icarəsindən imtina etməli oldu.
Bakıda müntəzəm olaraq, ən müxtəlif məmulatların – hörmə papaqlardan tutmuş yapon şarları olan tematiyə qədər ekzotik əşyaların sərgiləri, yarmarkaları və xeyriyyə satışları keçirilir. Emalatxana sarıdan korluq çəkilmir – bütün masalar növbəti sərgi başlamazdan xeyli əvvəl icarə edilir.
Əl işləri sərgilərinin təşkilatçısı Ella Bağırovanın sözlərinə görə, bu tədbirləri bayram dövrünə salmaq daha məqsədəuyğundur, bu zaman insanların əhvalı daha yüksək olur və onlar öz yaxınlarına hədiyyə almaq istəyirlər. Düşünürsən ki, tamamilə unikal bir məmulatı hədiyyə etməkdən gözəl nə ola bilər? Bir çox əl işi ustaları öz məmulatlarına daha cəlbedici görünüş vermək üçün, əvvəlki kimi onları adi plastik paketlərdə deyil, özlərinin fikirləşib düzəltdikləri loqotipli hədiyyə bağlamasında təklif edirlər. Amma yenə də əksər vaxtlarda onlardan ancaq qiyməti beş dollardan baha olmayan kiçik qəşəng suvenirlər alırlar.
Marketoloq Sevil Həsənova deyir ki, bu problemin iki səbəbi var: tikməçilərin alıcı tələbatını nəzərə ala bilməməsi və alıcıların da tikməçilərin əməyini qiymətləndirə bilməməsi: “Bizim adamlar prinsipcə kütlədən fərqli görünmək istəyi ilə alışıb yanmırlar. Onlar lovğalana biləcəkləri məşhur brendlərə daha çox qiymət qoyurlar. Məhz buna görə də onlar “Swarovski mağazasında gördükləri boyunbağıya görə üç qat qiyməti ödəməyə hazırdırlar, amma onlardan elə həmin “Swarovski kristallarından hazırlanan unikal boyunbağıya görə elə həmin məbləğin üçdə bir hissəsini istəsən, onlar çox təəccüblənəcəklər. Xüsusi olaraq paltarın rənginə uyğun bəzək əşyalarının sifarişinə gəlincə, bizdə qızılı daha çox sevirlər, unikal hədiyyələrə gəlincə isə bu sahə bizdə ad günü keçirilən adamın şəklinin tortun üzərinə vurulması səviyyəsindən o tərəfə getməyib.
“Swarovski kristallarından hazırlanan sırğa, Alyona Səlimova
Hand-made Azərbaycanda ucuz başa gəlmir. Keyfiyyətli mal üçün keyfiyyətli və təbii ki, baha xammal lazımdır, əksər vaxtlarda isə onu ya xaricdən gətirmək ya da internetlə sifariş etmək lazım olur. Bu, maya dəyərini artırır. Bundan əlavə, əksər məmulatların hazırlanması üçün çox vaxt lazım olur. Bu, ailədən, yuxudan, istirahətdən oğurlanan vaxtı da tikməçi xanımlar adətən mallarına qiymət qoyarkən nəzərə alırlar.
Sevil Həsənova bunu da tikməçi xanımların növbəti problemi hesab edir: “Onlar alıcının niyə zolaqlı papağa sərf edilən yüz saat iş və beş kilo ürəyə görə pul verməkdən boyun qaçırdıqlarını anlaya bilmirlər. Bazar qanunlarına görə, sahibkar ümumiyyətlə bu qədər vaxt tələb edən mal istehsal etməməlidir, çünki insanlar bu vaxtın haqqını ödəmək istəmirlər. Burada çox aşağı maya dəyəri olan unikal və lazımlı məhsul hazırlamağın yolunu öyrənənlər udur. Düzdür, ustalar birləşib, ümumi iş qursaydılar, iş prosesini düzgün təşkil etməklə, xərcləri xeyli azaltmaq olardı. Amma yüksək vergi tarifləri və yaşanılan böhran biznes layihəsinin başlanması üçün heç də münasib şərait deyil.
Dərc edilib 12.03.2016