Azərbaycanda insan haqları ilə bağlı vəziyyət acınacaqlıdır, ABŞ Dövlət Departamenti belə hesab edir
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda cəzasızca insan haqları pozulur və söz azadlığı məhdudlaşdırılır – ABŞ Dövlət Departamentinin illik hesbatında belə deyilir.
Dünyada insan haqlarının vəziyyətindən bəhs edən hesabat martın 13-də açıqlanıb. Azərbaycana məmurlar tərəfindən insanlara qarşı qəddar davranış faktlarının təfərrüatlı təsvirini əks etdirən 40 səhifəlik hissə həsr olunub.
Beləliklə, hesabatı səsləndirən dövlət katibi Maykl Pompeo bunları sadalayıb:
– 2018-ci ilin sentyabrında Teymur Axundovun polis idarəsində ölümü işgəncə nəticəsi kimi dəyərləndirilir;
– sərhəd xidmətinin sıravi əsgəri Hüseyn Qurbanovun ölümü (onun xidmət yoldaşları tərəfindən öldürüldüyünə dair şübhələr var);
– bloger Mehman Hüseynovun polis tərəfindən işgəcəyə məruz qalması;
– həbsxanalarda saxlanma şəraiti pisdir, kameralar həddən artıq doludur, məkan isidilmir, ventilyasiya yoxdur, məhbuslara lazımi tibbi yardım göstərilmir;
– ölkədə yüzdən çox siyasi məhbus var, üstəlik onlara digərlərindən daha sərt münasibət göstərilir;
– hökumət söz azadlığını və mətbuatın müstəqilliyini məhdudlaşdırır, jurnalistlər təhdid olunur, bəzən isə onları ya öldürür, ya da həbs edirlər;
IREX-in 2018-ci il Dayanıqlı İnkişaf İndeksinə əsasən, “Azərbaycanda əsas media orqanları hakim elitanın nəzarəti altındadır və xəbərlər yalnız onların məqsədlərinə uyğun olaraq işıqlandırılır”.