Azərbaycanda blackout: niyə belə oldu, günahkar kimdir və necə cəzalandırılacaq?
İstilik elektrik stansiyasında cəmi biz qəza bütün ölkəni iki günlük “söndürdü” – işıq, su, işıqforlar və metro işləmirdi. Bu, niyə baş verdi?
Xronika
İyulun 2-dən 3-nə keçən gecə işıq sönür. Kondisionerlər işləmir, camaat istidən boğulur (ölkə üzrə orta temperatur Selsi cədvəli üzrə 41 dərəcədir). Bununla belə, hər üç mobil operatoru və mobil internet işləyir, istifadəçilər də sosial şəbəkələrdə aydınlaşdırırlar ki, işıq ölkənin heç bir yerində yoxdur.
İyunun 3-ü səhər – işığı demək olar ki, hər yerdə yandırırlar. Elektrik enerjisi təchizatı operatoru olan “Azərenerji”dən rəsmi reaksiya gəlir: səbəb Mingəçevir şəhərində “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (İES) istidən baş verən qəza olub. Ölkənin hər yerində eyni vaxtda işləyən kondisionerlərə görə enerji bloku qızıb və yanıb.
“Azərbaycan İstilik Elektrik Stansiyası” Cənubi Qafqazın ümumi gücü 2400 meqavatt olan ən iri İES-dir. Tikinti 1974-cü ildə başlanılıb. 8 blokdan ibarətdir, onlardan birincisini 1981, səkkizincini isə 1990-cı ildə işə salıblar.
3 iyul, gündüz — işığı yandırırlar, amma su kəsilir. Su təchizatı operatoru “Azərsu” izah edir ki, elektrik enerjisi ilə bağlı problemlərə görə Kür çayı və Ceyranbatan su anbarında təmizləyici qurğularda suyun təmizlənməsi dayandırılıb.
3 iyul, axşam — Bakının əksər yerlərində və başqa rayonlarda işıq yenidən kəsilir. Bu dəfə alternativ stansiyalarda problem yaranır.
4 iyul — səhər metro bağlanmışdı, axşama doğru işə salındı. Su və işıq fasilələrlə də olsa, verilirdi. Su təchizatının tam bərpası iyulun 6-na qədər çəkdi.
Hazırda İES işləmir, ölkənin elektrik enerjisi təchizatı digər İES-lərin gücünü artırmaq hesabına təmin olunur, əlavə elektrik enerjiylə isə Gürcüstan və Rusiya təmin edir.
Hökumətin reaksiyası
Əvvəlcə iqtidaryönlü mediadan ancaq ayrı-ayrı idarələrdən reaksiya gəlir və bildirilir ki, “prezident xüsusi komissiya yaradıb”.
İyunun 4-də bu xüsusi komissiyanın iclası dövlet televiziyasında göstərilir, İlham Əliyev də ilk dəfə vətəndaşlara birbaşa müraciət edərək, göstərdikləri anlayışa və səbr etdiklərinə görə tşəkkürünü bildirir.
Səbr və anlayış doğrudan da varıydı. İnsanlar “məmurlar yenə də təmir pulunu yeyiblər, ona görə də orada hər şey xarab olub” kimi fikirlər səsləndirsələr də, narazılıq ünvansız idi və ümumilikdə işığın olmaması təbii fəlakət kimi qəbul edildi. Heç kim üzrxahlıq tələb eləmədi – heç kim də camaatın qarşısında üzr istəmədi.
«İyun apokalipsisi» haqqında JAMnews-un fotoreportajında
Sonra da prezident nazirlər və komissiyanın digər üzvlərindən izahat tələb etdi, hər biri də öz sahəsində görülən işlərlə bağlı hesabat verdi.
Energetika
Baş nazirin birinci müavini və komissiyanın sədri Yaqub Eyubov hadisə yerini nəzərdən keçirdiyini bildirdi. Elektrik stansiyasında baş verənlər barədə danışdı – əvvəlcə bir transformator sıradan çıxıb, buradan da min kiloya qədər yağ yanında olan texniki avadanlq və kabellərin üstünə tökülüb. Bütün bunlar yanmağa başlayıb. Elə həmin elektrik stansiyasının altıncı blokunda isə iş dayanıb, amma qaz verilirdi. Qaz da yanmağa başlayıb.
Qəza əhalini narahat etməkdən başqa, həm də iqtisadiyyata ziyan vurub. Misal üçün, neftçıxarma müəssisələri 4,2 ton daha az neft çıxarıblar, neft emalı zavoduna isə işıq kəsiləndən sonra istehsalatı tam bərpa etmək üçün səkkiz gün lazım olacaq.
İşığı yenidən yandırmaq üçün isə Rusiya və Gürcüstandan elektrik enerjisi almalı oldular.
İclasda ikinci başı bəlalı “Azərenerji”nin başçısı Etibar Pirverdiyev çıxış edirdi.
Bu dəfə Azərbaycan vətəndaşları günah işlətmiş məktəbli kimi, az qala yerə qədər başını əyib duran və aşağıdakı sözləri deyən “vəzifəli şəxsin” görünüşündən ləzzət aldılar:
“ — … İstilik Elektrik Stansiyasında qəza ilə bağlı vəziyyəti öz nəzarətiniz altına götürdüyünüzə görə öz minnətdarlığımı bildirirəm. Son 15 il ərzində energetika sektorunda Sizin rəhbərliyiniz altında…
— Biz bunları bilirik, 15 il ərzində nələr edilib. Sən qəzanın səbəblərindən danış, niyə ölkə qaranlıqda qalıb? Hansı səbəbdən?”
Daha sonra prezident Pirverdiyevi ölkəyə verilən ziyana, zərərə və əziyyətə görə danlayıb və ətraflı araşdırmanın aparılmasını tələb edib.
Fövqəladə Hallar Nazirliyinin başçısı Kəmaləddin Heydərovun çıxışından sonra fəlakətin nəticələri az-çox aydınlaşmağa başladı. O bildirdi ki, Mingəçevir İES-i həm mənəvi, həm də fiziki cəhətdən köhnəlib və təhlükəsizlik texnikası qaydalarının sistemli pozuntuları ilə işləyib, bu haqda da FHN hər yoxlamadan sonra “Azərenerji” rəhbərliyinə bildirib. Buna sübut kimi, nazir qalın kağız qalağını göstərib – bu, həmin o xəbərdarlıqlar idi.
«İyul apokalipsisi»nin öhdəsindən kim necə gəldi?
Səhiyyə
Bir çox xəstəxanalarda generatorlar ya ümumiyyətlə yoxuydu, ya da işləmirdi. Sosial şəbəkələrdə çox sayda ölümlər, şam işığında doğuşlar və s. barədə şayiələr yayılmağa başladı. Səhiyyə Nazirliyi bütün bu şayiələri inkar edir və bildirir ki, nə körpələr, nə də böyüklər arasında ölüm halları olmayıb.
Hadisələrin şahidləri isə deyir ki, xəstəxanalar “fors-major”a hazır deyildi.
Bakı kəndlərindən birinin təcili yardım xəstəxanasının tibb bacısının bildirdiyinə görə, onlarda generator ancaq əməliyyat şöbəsində və reanimasiyada işləyib. Stomatoloji klinikanın həkimi isə etiraf edib ki, iyulun 6-na yazılmış pasientlərinin qəbulunu təxirə salmalı olub, çünki klinikada təxili qaydada əvvəllər olmayan generator quraşdırırdılar.
Nəqliyyat
Nəqliyyat sistemi azərbaycanlılar üçün ən “rahatsız” oldu, əsasən də istiyə görə.
- Minlərlə adam metroda qaldə, onları qaranlıq və havasız qatar yolu ilə təxliyə etməli oldular; məlum oldu ki, metronun heç bir “ehtiyat” planı olmayıb;
- İşıqforlar söndü, yollarda qarışıqlıq oldu. Bununla belə, yol polisi işinin öhdəsindən gəldi, ciddi qəzalar olmadı;
- Metroya düşə bilməyən hər kəs avtobuslara hücum çəkir, basabas yaradırdılar;
- Növbəti gün metro axşama qədər işləmədi, avtobuslarda yüklənmə xeyli artdı. Kondisionerlər isə ancaq şəhər mərkəzindəki avtobuslarda işləyir.
Su
Su təchizatına görə cavabdeh olan “Azərsu” idarəsinin rəhbəri prezidentə bildirib ki, qurumu işinin öhdəsindən gəlib. Suyun nasoslar vasitəsilə çatdırıldığı regionlarda “qənaət rejiminə keçiblər”. Su gəlməyən rayonlara isə suyu sisternlərdə göndəriblər.
Nə qədər qəribə olsa da, vəziyyət o qədər də ağır olmadı, çünki Azərbaycan sakinlərinin heç də hamısı su ilə təchiz olunmur. Bakılıların ən azı qırx faizi suyu “qrafiklə” alır, yəni su gündə bir neçı saat gəlir. Bir çox qəsəbə və şəhərlərdə insanlar su quyusu işlədir. Onlar üçün də problem ondaydı ki, işıqsız baka suyu dolduran nasoslar işləmir. Baklar həm şəhər mənzillərində, həm də evlərin damlarında var. Yəni camaatın su ilə bağlı öz “B planları” var.
Elə alındı ki, su təchizatı ilə bağlı problemlər üzündən suyun həmişə gəldiyi rayonların sakinləri əziyyət çəkdi.
Kimi və necə cəzalandıracaqlar?
Sosial şəbəkələrdə əvvəlcədən iki trend olub: “panika yaratmayın, hökumət hər şeyin qeydinə qalacaq” və “onların vecinə də deyil”.
Prezident və vəzifəli şəxslərin “nümayişkəranə” çıxışlarına reaksiya insanın mənsub olduğu “düşərgəyə” uyğunuydu:
- gördüz, indi bütün günahkarları cəzalandıracaqlar;
- bu Pirverdiyevi işdən çıxarmaq əvəzinə niyə danlayırlar ki?
Hər iki düşərgədə “Azərenerji” rəhbərinin məhz işdən çıxarılacağı ilə bağlı şübhələr var. Onun “yüngül cəza alacağı” və ya “danlayıb buraxacaqları” daha inandırcı görünür.
Bununla belə, Azərbaycanın baş prokuroru bildirib ki, prokurorluq “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “texniki təhlükəsizliyin pozulması” və “səhlənkarlıq” maddələri ilə cinayət işi açıb.
Amma təcrübə onu deməyə əsas verir ki, Azərbaycanda cinayət işinin açılması heç də bir neçə aydan sonra nəticələrlə bağlı açıqlama veriləcəyi anlamına gəlmir.
Daha bir neşə sual cavabsız qalır:
[yes_list]
- Niyə bütün pozuntulara, Mingəçevir İES-nin həm “fiziki, həm də mənəvi” cəhətdən köhnəlməsinə baxmayaraq, bütün bu vaxt ərzində işləyib?
- Fövqəladə Hallar Nazirliyinin başçısı elektrik stansiyasında yoxlanışı ciddi beynəlxalq şirkətə həvalə etməyi təklif edib. Buna qədər isə öz çıxışında elektrik enerjisi təchizatı sisteminin müxtəlif halqalarının hərəkətlərində uzlaşmanın olmadığını bildirib, yəni problem zəif idarəçilik və zəif koordinasiyadadır. Hansısa monitorinq və hətta rəhbərliyin dəyişməsinin bu sistemi dəyişə biləcəyi ilə bağlı hansı zəmanət var?
- İlham Əliyevin bildirdiyinə görə, artıq 15 ildir ki, energetika sahəsinə böyük pullar ayrılır. 30 elektrik stansiyası tikilib, amma “iyul apokalipsisi” zamanı bütün bunlar kömək etmədi. Pirverdiyev artıq 17 ildir ki, vəzifədədir. Reallığın göstərdiyi kimi, ölkədə əslində cəmi bir elektrik stansiyasının, indi isə belə çıxır ki, heç birinin olmadığı halda pul bütün bu vaxt ərzində nəyə qoyulub?
[/yes_list]