Azərbaycanda karantin rejimini pozmağa görə cərimələyəcəklər və region sakinlərini paytaxta buraxmayacaqlar
Koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanda epidemioloji, karantin və sanitar-gigiyenik rejimlərin pozulmasına görə 1200 dollara qədər cərimə və ya 3 ilə qədər həbs cəzası tətbiq olunacaq.
Həmçinin martın 19-dan 29-a qədər region sakinlərinə və regionlarda qeydiyyatda olan avtomobillərə Bakı, Sumqayıt və Abşerona giriş qadağan edilib. Həmçinin paytaxt və regionlar arası fəaliyyət göstərən avtobuslar, qatarlar və taksilər də gedib-gəlməyəcək. Məhdudiyyətlər yalnız xüsusi təyinatlı avtomobillərə şamil edilmir, məsələn, təcili yardım və ya ərzaq daşıyan yük maşınlarına.
Hazırda Azərbaycanda 28 yoluxma halı qeydə alınıb. Yoluxanlardan altısı sağalıb, bir nəfər ölüb.
Yoluxanların bir hissəsi İtaliya və İrandan gəlib. Digərlərinin harada və necə yoluxduğu haqda məlumat verilmir.