Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər
Paylaşmaq
Paylaşmaq
Azərbaycan vətəndaşları vizasız rejimlə dünyanın 66 ölkəsinə səyahət edə bilər. Ötən il bu ölkələrin sayı 63 idi. Yəni Azərbaycan Henley & Partners şirkətinin yenilənmiş “Pasport İndeksi” reytinqi üzrə yüksələrək 104 yerdən 74-cü yeri tutub.
Pasport İndeksi ölkələrin öz vətəndaşlarına təqdim etdiyi hərəkət azadlığı səviyyəsi üzrə beynəlxalq reytinqdir.
Azərbaycan pasportu vizasız rejimlə Gürcüstana, Türkiyəyə, İrana, Türkmənistandan başqa bütün MDB ölkələrinə, Albaniya, Çernoqoriya, Malayziya və onlarla digər ölkəyə səyahət etmək imkanı verir. Bəzi dövlətlərdə viza ümumiyyətlə tələb olunmur, bəzilərində isə ölkəyə daxil olan zaman verilir, əvvəlcədən almağa ehtiyac olmur.
Gürcüstan vətəndaşları üçün 114 ölkəyə vizasız rejim qüvvədədir (İndeksdəki yeri 51). Ermənistan bu reytinqdə 68-ci yeri tutur. Region üzrə lider Rusiyadır, bu ölkənin vətəndaşları 119 ölkəyə vizasız səyahət etmək imkanına malikdir.