Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun verdiyi məlumata görə, Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir. Bu barədə o, “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda deyib.
• Gürcüstanda parlament seçkilərinə ay yarım qalmış nədən narahatdırlar – sorğu
• Erməni hərbçinin Azərbaycanda əsirliyi davam edir. İki tərəfdən ekspert rəyi
Xələfovun sözlərinə görə, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir: “Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”.
Nazir müavini bildirib ki, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır. “Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, – deyə, X.Xələfov əlavə edib.