Bir azərbaycanlı ailəsinin həyatında koronavirus: bostandan tərəvəzlər, qəribə cərimələr və pulsuzluq
«Atam Türkan qəsəbəsində [Bakıdan bir saatlıq yolda – red.] bağda yaşayır. Epidemiya hələ yeni-yeni qızışanda anamla birlikdə vəziyyətdən istifadə edərək, istirahət günlərində oraya getməyə qərar verdik. O vaxt hələ sms yollayıb, evdən çıxmaq üçün icazə almaq lazım deyildi. Əşyalardan yalnız bir cüt mayka və corab götürdük».
Ülkərin 22 yaşı var.
O, Azərbaycanda koronavirus epidemiyası başlayan vaxt hoteldə yenicə işə düzəlmişdi.
“Ertəsi gün xalamn ailəsi bağa gəldi.
Xalam incəsənət akademiyasında dərs deyir və onlara maaş ödəmirlər. Valideynlərimdə də təxminən eyni vəziyyətdir – atam sifarişlə mebel düzəldir, anam isə qənnadıçıdır.
Biz hamımız qərara gəldik ki, burada qalaq, çünki koronavirus yayılmağa başladı, hakimiyyət o vaxt fəal şəkildə evdə qalmağa səsləyirdi, ən əsası isə bizə birlikdə çox şən idi. Axşamlar “timsah” kimi oyunlar oynayırdıq, karaoke oxuyurduq. Qardaşım proyektor gətirmişdi, döşəkağını pərdəyə bənd edib filmlərə baxırdıq.
Türkan qəsəbəsi o qədər də firavan yaşamır. Burada iş yoxdur, turizm yoxdur, insanlar, əsasən, həyətlərində yetişdirdiklərinin hesabına yaşayırlar. Kimsə balıqçılıq edir, kimisi də toyuq saxlayır.
Qonşularımızdan aldığımız təbii məhsullarla – meyvələrlə, tərəvəzlə, yumurta, balıq və göyərti ilə qidalanmaq xoşuma gəldi. Qonşularımızdan biri, atamın dostu, bizi kompota və öz bağından dərdiyi almalardan hazırlanmış cemə qonaq etdi.
Həftədə bir dəfə təmizlik vasitələri, çörək, siqaret və çay kimi məhsulları almaq üçün mağazaya gedirdik – həyətdə yetişməyən şeyləri almağa.
Əşyalarsız çətin idi – axı özümüzlə heç nə götürməmişdik. Misal üçün, maykanı yuyub qurumağını gözləmək lazım idi ki, yenidən geyinəsən.
Bağa gedənə qədər mən hoteldə işə düzəlmişdim, lakin dörd gün sonra biz epidemiyanın real təhlükəyə çevrildiyini anlayanda, anam məni işə buraxmadı. Əlbəttə ki, məni işdən çıxardılar, lakin mən hətta sevinirdim, çünki həmin dörd gün dəhşətli idi – hoteldə qalan olmadığı üçün istilik sistemini söndürmüşdülər və biz donurduq.
Düünmürdüm ki, mənə pul ödəyəcəklər, amma işdən zəng etdilər və dedilər ki, kart açdırmalıyam və onlar mənim kartıma 120 manat köçürəcəklər. Biz sevindik, çünki pulumuz, demək olar ki, qurtarmışdı. Qərara aldıq ki, şəhərə gedək – kart açdıraq və lazım olan şeyləri götürək.
Amma bizi yolda polis saxladı: 100 manat cərimə yazdılar. Maşında olmağımız, maska və əlcək taxmağımız, öz evimizə zəruri şeyləri götürmək üçün getməyimiz polis əməkdaşının vecinə də deyildi, heç hara və niyə getdiyimizi soruşmadı da. Dedi ki, sadəcə, bizi evdə olmadığımıza görə cərimələyirlər və biz on gün ərzində apellyasiya şikayəti verə bilərik və ümumiyyətlə, o, bizə görə küçədə durub və vəzifəsini yerinə yetirir. Protokolda isə nəyə görəsə cərimənin səbəbi və məbləği yazılmayıb.
Polislə “araşdırma”ya başladığımız vaxt bizə dedilər ki. bu məsələləri karantindən sonra həll edəcəklər. İstənilən halda, bizim cəriməni ödəmək üçün pulumuz yoxdur.
İndi hamımız evdə oturmuşuq – qərara gəldik ki, bağa geri qayıtmayaq. Mən öz məlumatlarını qeyd etdiyin və “yuxarıda” oturan kiminsə sənə koronavirusdan zərər çəkdiyin üçün 190 manat verilib-verilməyəcəyini həll etdiyi o saytda qeydiyyatdan keçdim. Heç nə vermədilər.
Özümə iş tapdım, videoəlaqə ilə müahibədən keçdim və məni iri oyuncaq mağazasına menecer kimi işə götürdülər. İki gündən sonra işə çıxıram. Bütün qadağalara və karantinə baxmayaraq, bu mağaza nəyə görəsə işləyir.
Utanıram ki, özünütəcridi pozuram, amma cəmi 80 manatım qalıb”.$47] в кармане».