Azərbaycan cazı necə məşhur oldu? – foto-hekayə
Bilet qiymətləri yerli camaat üçün çox bahadır. Odur ki, tamaşaçılar arasında əksəriyyət əsasən yerli imkanlılar və əcnəbilərdir. Amma Bakıda caz çox populyardır.
1920-ci ildə Sovet Ordusunun təcavüzü və sovet hakimiyyətinin qurulması cazın Bakıdakı populyarığına təsir etmədi. Üstəlik 1922-ci ildə Bakıda ilk caz konserti baş tutdu.
Amma çox qısa zamanda sovet hakimiyyətinin caza münasibəti dəyişdi. Hakimiyyətə Stalin gəldi, caz dinləyən və ifa edənləri təqib etməyə başladılar. Nüfuzlu yazıçı Maksim Qorki öz essesində belə yazmışdı: “Caz həm də homoseksualizm, narkotiklər və eqosentrizmdir”.
Sovet İttifaqında caz qadağan edilmişdi və müsiqiçilər mühacirətə getməyə, ya da zirzəmilərdə və şəxsi evlərdə ifa etməyə məcbur olurdular. Cazın az-çox həyatda qala bildiyi yerlərdən biri Bakı idi.
Ev muzeyinin gənc mühafizi danışır ki, Vaqif pianino arxasında saatlarla vaxt keçirir, özünün ilk caz kompozisiyalarını yaradırdı. Nəticədə bu kompozisiyalar caz və muğamın unikal sintezi kimi məşhurlaşdı.
Stalinin ölümündən sonra vəziyyət dəyişib. Caz üzərindən qadağa tədricən qaldırılıb. 1960-cı illərdə qruplar artıq yenə də açıq ifa edə bilirdi, hətta caz festivalları da təşkil olunurdu. İlk bu cür festivallardan biri Bakıda 1969-cu ildə keçirilib. O zaman ilk mükafatı Vaqif Mustafazadə qazanıb və o, bütöv bir nəsli bu sahədə ruhlandırıb, həmçinin də Azərbaycan cazını dünyada məşhurlaşdırıb.
Amma Bakıda yenə də caz musiqiçiləri var və onlardan çoxu məşhur və populyardır.
Raul Sultanov deyir ki, festival bu musiqiçiləri dəstəkləmək və dünyaya Azərbaycan cazını xatırlatmaq üçün yaxşı vasitədir.