Qarabağ üzrə “çətin qərar” qəbul edilib. Müharibə bitəcəkmi?
Qarabağ münaqişəsi zonasında döyüşlərin dayandırılması haqdanoyabrın 10-ə keçən gecə açıqlanan bəyanat Ermənistanda sərt reaksiya doğurub. Nizamlama şərtlərindən qəzəblənən minlərlə etirazçı küçələrə çıxıb.
Ermənistan, azərbaycan və Rusiya başçılarının imzaladığı sənədə əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycanın nəzarəti altına keçir. Azərbaycanlı köçkünlərin də bu yerlərə qayıtması nəzərdə tutulub.
Ermənistan sakinləri bu razılaşmanı “Qarabağın Azərbaycana təhvil verilməsi” kimi dəyərləndiriblər. Etirazçılar gecə Yerevanda hökumət evinin, daha sonra isə parlamentin binasına soxulublar. Demək olar ki, bütün gecə paytaxt küçələrində iğtişaşlar davam edib.
Bununla yanaşı çoxları baş nazirin və hakimiyyətə xalqın dəstəyi ilə gələn 2018-ci il “məxməri” inqilab liderinin ölkə sakinləri üçün məqbul olmayan sənədi imzalaya biləcəyinə inanmayıb.
Sonra gecəinsanlar bir neçə versiyanı müzakirə edib:
– Nikol Paşinyan razılaşmanı imzalamağa məcbur edilib,
– O, sövdələşməyə gedib və artıq ölkədə deyil
Bəs əslində nə baş verib? Bütün təfərrüatlar.
Baş nazirin bəyanatı
Gecə Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda çıxış edib. O, izah edib ki, özü və bütün erməni xalqı üçün bu çətin qərarı hərbi vəziyyətin analizi və bu vəziyyətə yaxşı hakim olan insanların dəyərləndirməsi nəticəsində qəbul edib:
“Ordu deyirdi ki, dayanmaq lazımdır. Çünki bizim suallarımız var, onların həli perspektivi yoxdur”.
Öz çıxışını o, “Niyə və kim günahkardır” sözləri ilə paylaşıb və yekunda bu suallara cavab verməyib. Baş nazir bildirib ki, sazişi niyə imzaladığının təfərrüatlarını açıqlaya bilməz, çünki indi hələ atəşkəs prosesi gedir, vəziyyət stabilləşməyib. Paşinyan bir müddət keçəndən sonra bütün təfərrüatları açıqlayacağını vəd edib.
Bundan başqa, o bildirib ki, ölkədədir və öz vəzifəsini yerinə yetirməyə davam edir. Üstəlik baş nazir vurğulayıb ki, onun qərarını tənqid edən müxalifətçilər hərbi əməliyyatlar yerindən çox uzaqda olduqları halda, onun oğlu və həyat yoldaşı hələ də ön cəbhədədir.
Baş nazirin xanımının çağırışı
Sənəəd imzalanandan sonra Anna Hakopyan Facebook səhifəsində insanları təşvişə düşməməyə çağırıb:
“Əsgərlərimiz kimi biz də mövqelərimizdə möhkəm dayanmışıq. […] Bizim düşmənə və satqınara güzəştə gedəcəyimiz vətənimiz yoxdur”.
Bu paylaşım da Paşinyanın razılaşmanı imzalayıb-imzalamadığınadair şübhə yaradıb – baş nazir özü canlı efirdə çıxış edib, informasiyanı təsdiqləyənə qədər.
Müxalifət baş nazirin istefasını tələb edir
17 siyasi partiya hələ atəşkəs razılaşması imzalanmamış Nikol Paşinyanın istefasını tələb edib.
Onların noyabrın 9-da yayılan bəyanatında deyilir ki, müharibə dövründə qüvvədə olan hakimiyyət daxili və xarici maneələrin öhdəsindən gəlməyə qadir olmadığını nümayiş etdirib:
“İnsan və ərazi itkiləri, Ermənistanın müttəfiqləri, ilk növbədə Rusiya Federasiyası ilə təkmil olmayan münasibətlər hazırkı hakimiyyətin iflasını aşkar edir”.
“Söküşün” qarşısının alınması üçün müxalifət baş nazirin istefasını tələb edib və hərbi-siyasi problemləri həll etməyə qadir olan yeni icra hakimiyyəti orqanının yaradılmasını təklif edib.
Saziş artıq imzalanandan sonra müxalifətçilər bildiriblər ki, “istefa Paşinyanın etməli olduğu şeylərin ən kiçiyidir”.
“Bu, məcburi qərar idi”
Dağlıq Qarabağ prezidenti belə bəyanatlı çıxış edib. Arayik Harutyunyanın sözlərinə görə, əgər hərbi əməliyyatlar davam etsəydi, itkilər daha çox olacaqdı:
“Biz hərbçilərin həyatlarını xilas etmək üçün bu qərarıı qəbul etməliydik”.
Amma indi artıq bu qərar qəbul ediləndən sonra prezident vətəndaş müharibəsini Ermənistan və Qarabağ üçün ənn böyük təhlükə hesab edir və birləşməyə çağırır:
“Bizim ayıq qərarlar qəbul etmək imkanımız olacaq, bunun üçün bizə həmrəylik lazımdır”.
Ermənistan prezidenti siyasi məsləhətləşmələrə başlayır
Noyabrın 10-da səhər Armen Sarqsyan bildirib ki, Qarabağ üzrə razılaşmanın imzalandığı və müharibənin dayandırılması şərtləri haqda mətbuatdan xəbər tutub. Prezident vurğulayıb ki, bu məsələnin müzakirəsində iştirak etməyib. Amma o hesab edir ki, Qarabağ münaqişəsinin həlli ümummilli anlam daşıyır, müvafiq olaraq istənilən addım, qərar, xüsusən də sənəd imzalanması ümumi və tammiqyaslı müzakirələrin nəticəsi olmalıdır.
Bununla əlaqədar olaraq Armen Sarqsyan bildirib ki, “ümumxalq maraqlarının müdafiəsi gendəmindən doğan qərarların” razılaşdırılması üçün dərhal siyasi məsləhətləşmələrə başlayır:
“Mən ümid edirəm ki, on günlük müddətdə biz bu cür birliyə nail ola biləcəyik”.
“Ordu mümkün olan hər şeyi etdi”
Ermənistanın Müdafiə Nazirliyi və SQ Baş Qərargahı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, hərbçilər mümkün olan və hətta mümkün olmayan hər şeyi edib, Ermənistan ordusu Türkiyənin dəstəklədiyi sayca üstün olan Azərbaycan silahlı qüvvələrinə və minlərlə muzdlu terrorçuya qarşı döyüşüb.
Bəyanatda həmçinin qeyd olunub ki, müharibə hələ başa çatmayıb, Qarabağda hərbi əməliyyatlar davam edir, amma artıq qanın qarşısını almaq lazımdır:
“Biz dövlətçiliyin əsaslarını zədələyə bikəcək addımlardan çəkinməyə və yol verilmiş bütün səhvlərdən dərs çıxararaq müqayisə olunmayacaq qədər daha güclü və döyüş qabiliyyətli ordu yaratmağa çağırırıq”.
Sülhməramlılar haqda
İmzalanmış sənədə əsasən, münaqişə zonasında Rusiyanın sülhməramlı qüvvələri yerləşdiriləcək: 1960 silahlı hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika.
Bildirilir ki, artıq sülhməramlıları daşıyan səkkiz təyyarə Rusiyadan Ermənistana uçub. Onlardan bir qismi artıq Qarabağdadır və öz mövqelərini tutmağa başlayıblar.
Daha əvvəl Azərbaycan prezidenti bildirirdi ki, Dağlıq Qarabağda sülhməramlılar missiyasına Türkiyə hərbçiləri də cəlb olunacaq. Amma Ermənistanın baş nazirinin mətbuat katibi bu informasiyanı təkzib edirdi.
Bununla bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib:
“Sülhməramlı qüvvələrə diqqət yetirmək istərdim. Söhbət RF sülhməramlı qüvvələri haqda gedir. Bəyanatın mətni dərc edildiyi zaman heç kimin şübhəsi qalmayacaq”.