Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirilib
Kafe və restoranlar bağlanır, metro sutkada yalnız bir neçə saat işləyəcək
Martın 27-i axşam saatlarına olan məlumata əsasən, Azərbaycanda 165 koronavirusa yoluxma halı qeydə alınıb. Üç nəfər ölüb, on beş nəfər sağalıb. Martın 23-dən ölkədə xüsusi karantin rejimi elan olunub.
Martın 29-dan Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. Bu haqda “Report” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla məlumat verib .
Bu o deməkdir ki, indən belə:
- Bakı metropoliteni sutkada yalnız bir neçə saat işləyəcək: səhər 07:00-dan 09:00-a qədər və axşam 17:00-dan 20:00-a qədər;
- Bütün kafe və restoranlar, həmçinin digər ictimai iaşə obyektləri bağlanacaq, yalnız sifarişlərin çatdırılmasına icazə verilir (buna qədər bu obyektlər 12:00-dan 15:00-a qədər fəaliyyət göstərirdi);
- İnsanların kütləvi toplanmasının qarşısını almaq üçün dənizkənarı bulvara və digər parklara giriş məhdudlaşdırılacaq.
● Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, yaşlı insanlara küçəyə çıxmaq qadağan olunub