Azərbaycanda selektiv abortla mübarizəyə başlayırlar
Azərbaycanda selektiv abortlara və bunun yaratdığı gender disbalansına qarşı kompleks mübarizəyə başlayırlar. Bunun üçün Nazirlər Kabineti “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planını” təsdiq edib – APA yazır.
Bioloji normaya görə, yeni doğulan uşaqlar arasında hər 100 qıza 105-107 oğlan düşməlidir. Azərbaycanda isə oğlanlar üçün bu rəqəm 114-dür. Ekspertlər bunu selektiv abortla əlaqələndirirlər – valideynlər oğlan istədikləri üçün doğulacaq uşağın cinsiyyətinin qız olduğunu bilən kimi hamiləliyi yarıda kəsirlər.
Tədqiqatlar göstərib ki, ən çox kənd sakinləri və aztəminatlı ailələr oğlan uşağı arzulayır.
Bunun qarşısını almaq üçün qanunvericiliyi təkmilləşdirmək və maarifləndirmə işi aparmaq nəzərdə tutulub. Bu yolla qızların cəmiyyətdəki “çəkisini artıraraq” həm də yaranan gender diskriminasiyasını aradan qaldırmağa çalışırlar.
Planın hazırlanmasında BMT-nin Əhali Fondu da iştirak edib.
• Azərbaycan, Ermənistan və Gürcüstanda selektiv abort və demoqrafik böhran haqda
• Niyə Azərbaycanda qohumlar uşaqlarını “bölüşdürür”?

This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.