Azərbaycanda meşə yanğınları: məmurlar hesab edirlər ki, isti hava yox, insanlar günahkardır
Beş gün ərzində Azərbaycanda bir neçə güclü meşə yanğını baş verib. Hələlik yanğınsöndürənlər yanğınların öhdəsindən gəlir, insan tələfatı yoxdur. Məmurlar bütün bunlarda yerli sakinləri günahlandırırlar.
• Cavaxeti necə dəyişir? – Gürcüstanın ən sərt regionu
Ən güclü yanğın Azərbaycanın cənubunda Hirkan milli parkında baş verib. Burada bir yarım hektarlıq ərazidə quru ot, kolluqlar və ağaclar alışıb. Yanğın kəndin kənarında başlayıb. Həm qurudan, həm də havadan amfibia-təyyarə və iki vertolyot köməyilə söndürülüb. Kənd camaatı da yanğınsöndürənlərə yardım edib.
Hirkan qoruğunda yanğın (video www.fhn.gov.az)
Ölkənin şimalında Şabran və Qubada, həmçinin qərbində Göygöl rayonunda da meşə yanğınları baş verib.
Azərbaycanın mərkəzi hissəsində Ağsu rayonunda avqustun 22-də başlayan meşə yanğınları isə hələ də davam edir.
Kim günahkardır və nə etməli?
Azərbaycanda avqustun sonu çox isti keçir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə yanğınlarının səbəbini yalnız isti keçən havalarda yox, həm də insanların səhlənkarlağında və onların odla ehtiyatsız davranmağında görür.
Nazirlik bütün yanmış sahələrdə payız aylarında yeni ağacların əkiləcəyini vəd edib.