Avropanın ən homofob ölkəsi, yoxsa “bizdə onlara heç kim toxunmur”? LGBT sorğusunun nəticələri
LIGA-Europe təşkilatının reytinqinə əsasən, Azərbaycan Avropada ən homofob ölkədir, üstəlik 2015-ci ildən bəri. Bununla belə, rəsmi şəxslər dəfələrlə bildiriblər ki, heç bir diskriminasiya yoxdur, elə sosisl şəbəkələrdə və forumlarda da buna bənzər şərhlərə rast gəlmək mümkündür.
Biz LGBT birliyi nümayəndələrinin Azərbaycanda həqiqətən də təzyiqə məruz qalıb-qalmadığını müəyyən etmək üçün gay.az saytında anonim sorğu keçirdik.
Azərbaycanda LGBT nümayəndələrini diskriminasiya edən heç bir qanun yoxdur. 2000-ci ildə kişilər arasında seksual əlaqələr dekriminallaşdırılıb. Amma LGBT nümayəndələrini müdafiə edən qanunlar da yoxdur, hakimiyyət nümayəndələri isə çox vaxt elə davranırlar ki, guya LGBT insanlar ümumiyyətlə yoxdur və ya bildirirlər ki, ölkədə vətəndaşların bütün hüquqları təmin olunur. Hətta müstəqil media polisin gözlənilmədən LGBT nümayəndələrinin təqibinə başladığı və 50-ə qədər insanın saxlanıldığı haqda məlumat yayanda da rəsmi şəxslər bildirdilər ki, bu, “sadəcə seks işçilərinin saxlanması üzrə reyd olub”.
Azərbaycan mediasında çox vaxt homofob fikirlər yer alır, ictimai xadimlər də, siyasətçilər də bu cür ifadələri özlərinə rəva görür və bu zaman karyeralarına heş bir xələl gəlmir. Sosial şəbəkələrdə mütəmadi olaraq LGBT nümayəndələrinə qarşı təzyiq problemi inkar edilir, bildirilir ki, “əslində onlara heç kim toxunmur”.
Bizim sorğu etdiyimiz LGBT nümayəndələri çox vaxt bununla razılaşmırlar.
Sorğuda 447 nəfər iştirak edib.
“Sizin oriyevtasiyanız haqda kim bilir?” sualına sorğu edilənlərin 9 faizə yaxını “hamı”, 3 faiz isə “heç kim” cavabını verib. Ən populyar cavab variantı “bir və ya iki adam” (43,2 faiz) və “yaxın dostlar”dır (28,2 faiz). Sorğu edilənlərdən yalnız 8,5 faizinnin valideynləri, 12,5 faizinin isə iş yoldaşları onların oriyentasiyası haqda məlumatlı olub.
Respondentlərin böyük əksəriyyəti – 92,4 faiz oriyentasiyasına görə zorakılığa məruz qalıb. 80 faiz zorakılığa dəfələrlə məruz qaldığını bildirib
Zorakılıq növünə gəlincə, sorğu edilənlərin 7,2 faizi bildirib ki, seksual zorakılığa, 30,7 faizi döyülməyə, yarıdan çoxu – 55,6 faizi təhqirlərə və demək olar ki, hər beş nəfərdən biri – 19,5 faizi boykota məruz qalıb.
Məhz kim tərəfindən zorakılığa məruz qaldıqları haqda suala respondentlərin böyük hissəsi (38,5 faiz) bildirib ki, bu, tanımadıqları adam olub. 32,2 faizə qarşı zorakılığı qohumları, 26,4 faizə qarşı yaşıdları, 15,9 faizə qarşı qonşuları törədib.
Ziyan çəkənlərin çoxu – respondentlərin 60 faizi kömək üçün heç kimə müraciət etməyib.
Bu nəticələri bütün Azərbaycandakı bütün LGBT birliyi nümayəndələrinə şamil etsək, belə çıxır ki, birliyin tipik nümayəndəsi
- öz oriyentasiyasını ən yaxın dostalını çıxmaqla hamıdan gizlədir;
- dəfələrlə psixoloji və fiziki zorakılığa məruz qalıb;
- hüquq-mühafizə orqanlarına ümid etmədən və ailəsinin dəstəyi olmadan problemlərin öhdəsindən öz gücü ilə gəlmək məcburiyyətindədir.
Baş verənlər haqda daha ətraflı danışmaq ricasıa cavab olaraq respodentlər aşağıdakı hekayələri bölüşüblər:
“Sosial şəbəkələrdə və adi həyatda təzyiqə və psixoloji zorakılığa məruz qalmışam. Nə qədər desəm də ki, vecimə deyil, bəzən dözülməyəcək qədər pis hiss edirəm”.
“Qohumlarım qanunsuz şəkildə telefondakı məlumatlarımı ələ keçiriblər, yazışmamı oxuyub, məni şantaj ediblər. Bir neçə dəfə küçədə təhqir ediblər”.
“Qızla parkda öpüşdüyün üçün cərimə olunmuşam. Asayiş qoruyucuları əgər cərimə ödəməsək gizlin çəkdikləri fotonu qohumlarımıza göstərməklə hədələyib. 50 manat alıblar”.
“Polis şöbəyə aparıb, doğmalarıma xəbər verməklə hədələyib. Dağüstü parkda 30 manatımı alıblar”.
“Polis tutub, azad etmək üçün pul tələb edib”.
“Yalandır, ölkədə heç bir diskriminasiya yoxdur, heç kimi incitmirlər. Bu sayt Azərbaycanı biabır edir!”
“Gender və İnkişaf” QHT-nin rəhbəri Kamran Rzayev şərh edib:
“İlk növbədə LGBT birliyindən olan insanların çoxu ailədə təzyiqə məruz qalırlar. Bu, kaminq-autdan sonra (çox vaxt başqaları ailəyə xəbər verəndən sonra məcburi baş verir) sözlü və fiziki zorakılıq, ev həbsi və ya nikaha zorlama ola bilər. Çox vaxt gəncləri evdən qovurlar və bununla da seks bizneslə məşğul olmağa vadar edirlər.
Cəmiyyət tərəfindən təzyiq də var – ikrah, anlamazlıq, alçaltma, döymə. İş yerində oriyentasiyası məlum olandan sonra qovulma halları da olur.
Cəmiyyət ümumilikdə LGBT insanların kim olduğu haqda informasiyaya malik deyil, onlardan qorxur və anlamırlar. Valideynlər qorxurlar ki, onların uşaqları da “belə olacaq”. Mən düşünürəm ki, bizim media bu problemlə işləməli, insanları maarifləndirməlidir. O zaman cəmiyyətin təzyiqləri də azalar.
Polis tərəfindən də təzyiq var. Ən çox seks-bizneslə məşğul olanlar öz nəsibini alır. Bəzən elə olur ki, polis geyləri tanışlıq saytlarında tutur ki, şantaj etsin. İndi belə şeylər bir neçə il əvvəllə müqayisədə daha az baş verir.
Bizə köömək üçün müraciət etdikləri hallar çox olub və biz onları vəkillə təmin etməyə və məhkəmədə problemlərini həll etmələri üçün yardım göstərməyə hazır olmuşur. Amma insanlar məlumatın yayılmasından qorxaraq imtina ediblər.
Vəziyyətin dəyişməs üçün LGBT birliyi nümayəndələri anlamalıdırıar ki, onlar öz haqlarını tələb etməyə başlamayınca, heç kim bu problemi onların əvəzinə həll etməyəcək. Qazanılmış məhkəmə işlərin ilə bağlı presedentlərə ehtiyac var, bu, təcavüzkarları çəkidirə bilər. Səfərbər olmaq və müstəqil hərəkət etmək lazımdır”.