Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyə məhdudiyyət qoymağa hazırlaşırlar
“Tütün məhsullarından istifadənin məhdudlaşdırılması haqqında” Qanun layihəsi yaxın müddətdə Azərbaycanın Milli Məclisində səsverməyə çıxarılacaq. Layihə artıq iki parlament komitəsinin – əmək və sosial siyasət, bir də insan haqları üzrə – birgə iclasında təsdiqlənib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, qanun layihəsi siqaret çəkməyin qadağa olduğu yerləri konkretləşdirir. Bunlar əsasən təhsil müəssisələri, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi yerlər, ticarət obyektləri, ictimai iaşə obyektləri, mehmanxanalar, səhiyyə müəssisələri, yeraltı və yerüstü keçidlər, nəqliyyat və digər yerlərdir, – Report agentliyi xəbər verir.
İşverənlər siqaret çəkmək üçün xüsusi yerlər ayıra bilər, ofisin və ya müəssisənin qalan hissələrində isə siqaret çəkməyin qadağan olduğunu xatırladan işarə və ya yazı olmalıdır.siqaret çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normalara uyğun təchiz edilməlidir.
Qanun layihəsi həmçinin tütün və tütün məhsullarının çəkildiyini aşkar göstərildiyi uşaqlar üçün radio-proqramların, filmlərin, tele-verilişlərin, tamaşaların nümayişini qadağan edir. Böyüklər üçün olan tamaşalar, radio-proqramlar, filmlər və tele-verilişlərlə bağlı hallarda tütündən istifadə olunmasının nümayişi siqaret çəkməyin ziyanlarına dair sosia reklamla müşaiyət olunmalıdır.
Parlament komitəsi sədrinin sözlərinə görə, qanun layihəsində Türkiyə və Rusiyanın təcrübəsindən istifadə olunub.
Sosial şəbəkələrdə qanun layihəsinin fəal müzakirəsi gedir. Bu da bir neçə şərh:
“Bu çox doğrudur! Bütün dünya bu təcrübədən istifadə edir. Mən siqaret çəkən deyiləm və siqaret tüstüsünü götürmürəm. Niyə mən restorana, kluba, daha nə bilim hara, axır ki dincəlməyə gedib, siqaret tüstüsü ilə nəfəs almalıyam?! Niyə paltarıma iy hopmalıdır? Axı mən də siqaret çəkən insan kimi istirahət üçün pul ödəyirəm. Çəkmək istəyirsən? Çıx küçəyə, balkona, xüsusi olaraq bunun üçün ayrılmış sahədə ürəyin istəyən qədər çək!”
“Bu problemin o qədər də doğru həlli deyil. Çəkən adam yemək yeyəndə və ya içki içəndə siqaret çəkmək istəyir. Odur ki, imkan varsa restoranın ayrı-ayrı zalları olmalıdır. Siqaret çəkilməyən restoran variantını nəzərdən keçirmək belə gülməlidir, çünki bu halda restoran böyük ziyana düşəcək”.
“Məncə, son 5 ildə bu, ən yaxşı xəbərdir”.