Azərbaycanda həftəsonu evdən çıxmaq qadağan edilib, marketlərə insan axını var
Şənbə və bazar günləri Azərbaycanın bütün iri şəhərlərində heç bir ticarət obyekti işləməyəcək, evdən çıxmaq qadağan olacaq. Daha öncəki aylarda sərtləşdirilmiş karantin rejiminin aprel ayının sonlarından yumşaldılması nəticəsində rəqəmlər artdığından Azərbaycan hökuməti həftə sonu karantinini elan edib.
Market və bazarlarda insan çoxluğu müşahidə edilir. İnsanlar market kassalarında uzun sıraya dayanıblar.
İyunun 6-sından etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarət edəcəklər, qərara aid olan rayon və şəhərlərdə yalnız mərkəz deyil, məhəllələrdə də polis nəzarəti olacaq.
Sosial şəbəkədə müzakirəyə səbəb olan bu qərar insanlar tərəfindən xoş qarşılanmayıb. Bu növ karantin azərbaycanda ilk dəfədi tətbiq olunur.
Sosial Şəbəkədəki bəzi şərhlər
“Çox maraqlıdı başqa günlər korona olmur? Həftə sonu olur? yəqin mən o dərsdə olmamışam, savadim yoxdur”
“Yayın istisində evdə qalmaq olar!!!???”
“Qadağalar ölkəsi,cərimələr ölkəsi Azərbaycan”
Qaydaları pozan şəxslər 100 manat cərimə ediləcəklər.