13 milyon – keçmiş Sovet İttifaqı Stalin siyasi repressiyalarının qurbanlarını anır
Hər il oktyabrın 30-u bir vaxtlar keçmiş sovet respublikaları olan bütün ölkələrdə ilk növbədə Stalinin adı ilə assosiasiya olunan siyasi repressiya qurbanlarını anırlar.
Kimi anırlar
Ən konservativ, sənədlə sübut olunmuş məlumatlara əsasən, Sovet İttifaqında siyasi motivlərlə repressiya olunmuş – güllələnmiş, düşərgələrə sürgün edilmiş, vətəndaş hüququndan məhrum edilmiş 13 milyona yaxın insan olub. Onların arasında Ermənistan, Azərbaycan və Gürcüstan sakinləri də olub. var.
• Stalin Cənubi Osetiyda və Şərqi Ukraynada yenə də sağdır
Azərbaycanda repressiyalar
Azərbaycanda Stalin repressiyalarının başında Azərbaycan SSR-nin birinci katibi Mir Cəfər Bağırov dayanırdı.
Bir çox məşhur ədib repressiya olundu. Adətən, onların həbslərindən mətbuatda haqlarında böhtan yazılırdı.
Azərbaycanda 1937-1938-ci illərdə 120 min nəfər repressiya olunub
Bu şair müstəqil Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavaddır.
29 yaşlı şair Mikayıl Müşfiq “xalq düşməni” kimi güllələnib, onun cəsədi hələ də tapılmayıb.
Ən istedadlı və məşhur şair, yazıçı və dramaturqlardan biri olan Hüseyn Cavid 1938-ci ildə həbs olunub və üç il sonra düşərgədə vəfat edib.
Bir çox məşhur alim, neftçi-mütəxəssis və partiyanın elitası belə zərər görüb.
İttihamlar “əksinqilabi fəaliyyət”, “antisovet təbliğatı”, “millətçilik” kimi səslənirdi. Bildirişlər hamıya əlçatan haqq-hesab çürütmə predmetinə çevirilmişdi. Hökmlər ittiham olunanın iştirakı olmadan çıxarılırdı.
Azərbaycanda “Böyük terror” qurbanlarının ümumi sayı məlum deyil. Tarixçilər və şahidlər deyirlər ki, Böyük terrorun ilk yarımilində “şübhəli” vətəndaşların axırına heç bir uçot, məhkəmə və istintaq aparılmadan çıxırdılar.
Azərbaycanda həlak olanların dəqiq sayını müəyyənlədirmək mümkün olmayıb, amma müxtəlif müddətlərə məhkum olunmuş, deportasiya olunmuş və məcburən köçürülmüşlərlə birlikdə 1937-1938-ci illərdə repressiya olunmuş insanların sayı 70,000-dən 120,000-ə qədərdir.
O vaxt əhalisi 3 milyondan bir az çox Azərbaycan üçün bu, çox böyük rəqəmdir.