Azərbaycanlı valideynlər övladlarına daha az dini adlar qoymağa başlayıb. Bunu Nazirlər Kabineti yanında terminologiya komissiyası müşahidə edib.
Hardasa on il ərzində Azərbaycanda Qurandan götürülmüş adlar dəbdə idi. Yeni doğulmuş qızlara adətən Məhəmməd peyğəmbərin xanımları, qızları və başqa qohumlarının şərəfinə Fatimə, Mədinə, Xədicə, Zəhra adları qoyurdular. Oğlanlar müvafiq olaraq onun kişi qohumları və səhabələrinin şərəfinə Əli, Yusif, Hüseyn və Həsən adları alırdı.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə oğlanlar arasında ən populyar ad Yusif, qızlar arasında isə Zəhra idi. Elə bu adlar 2011-2018-ci illər arası da ən populyar adlar hesab olunurdu.
Bu il isə oğlanlara daha çox türk – Tural, Tunqay, Teymur, Cavanşir adları qoyurlar.
Son zamanlar dəbə qızlar arasında xüsusilə Dəniz, Jasmin, Selin kimi türk və qərb adları minir.
2015-ci ildə Terminologiya Komissiyası yaxşı səslənmədiyi və ya mənfi məna verdiyi səbəbiylə uşaqlara qoyulmaması məsləhət görülən 200 addan ibarət siyahı tərtib etdi. Bundan başqa, uşaqlara təbiətdə mövcud olmayan adları qoymaq məsləhət görülmür. Məsələn, ana və ata adlarının birinci hecalarını birləşdirir, nəticədə yaranan neologizmi uşaq adı kimi istifadə ediləndə. Amma bu siyahı “icazə verilmiş” adlar siyahısı kimi daha çox tövsiyyə xarakteri daşıyır. Əslində valideynlər uşağa istədiyi adı qoya bilərlər.