Azərbaycanda Aşura karantin qadağası altında: 208 nəfər cərimələnib, 10 nəfər həbs edilib
Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, ölkədə Aşurə mərasimləri koronavirus pandemiyasına görə qadağan edilib. Qadağaya baxmayaraq, yüzlərlə inanclı insan kütləvi mərasimlər təşkil ediblər və buna görə cərimələniblər, bəziləri isə məhkəmə qarşısına çıxarılacaq.
• Özünə əzab vermək əvəzinə donorluq: Azərbaycanda matəm günündə möminlər 1500 litr qan veriblər
• Hicab, yoxsa iş – Azərbaycanda müsəlman qadınlar diskriminasiyadan şikayətlənirlər
Qədim şiə adətlərinə görə, müsəlmanlar Məhərrəm ayının onuncu günü – Aşurə günü Məhəmməd peyğəmbərin şəhid olan nəvəsinin xatirəsini yad edirlər. Amma Azərbaycandakı məscidlər koronavirus səbəbilə elan olunan karantin rejiminə görə bağlıdır və hakimiyyət öncədən avqustun 30-da kütləvi mərasimlərin mümkünsüz olduğu haqda elan etmişdi.
VII əsrdə nə baş verib?
Məhərrəm ayının 10-cu günü olan Aşura həmin ayın “kulminasiya” anıdır ki, həmin gün şiə müsəlmanlar Hüseynin (Məhəmməd peyğəmbərin nəvəsi) və onun tərəfdarlarının xəlifə Müaviyyənin oğlu Yəzidlə döyüşdə həlak olmalarına ağlayırlar. Bu hadisə 680-ci ildə Kərbəla şəhərinin (müasir İraqın ərazisində yerləşən, müsəlmanlar üçün müqəddəs sayılan şəhər) yaxınlığında baş verib.
Hüseynin həlak olmasından sonra müsəlman dünyasında iki şaxəyə bölünmə baş verdi: Hüseynin tərəfdarları olan şiələrə və Yəzidin tərəfdarları olan sünnilərə. Bu parçalanma indiki dövrə qədər davam edir və müxtəlif müharibələrə, münaqişələrə səbəb olur. Müvafiq olaraq, Aşura yalnız şiələrdə matəm günü kimi qeyd olunur.
Sünnilər də onu qeyd edirlər, lakin başqa cür və başqa səbəbə görə. Qurana əsasən, bu gün Səma, Yer, mələklər və ilk insan yaranıb və qiyamət günü də həmin gün baş verəcək.
Həbslər, cərimələr və köynəkləri yazılı uşaqlar
Qafqaz Müsəlmanları İdarəsi Aşuradan bir neçə gün öncə inanclı əhaliyə müraciət edərək onları matəm günündə ayrılmış xüsusi yerlərdə donor qanı verməyə çağırmışdı. İdarənin məlumatına əsasən, avqustun 30-da 500 nəfərə yaxın insan donor olub.
Bütün xəbərdarlıqlara və rəsmi qadağaya baxmayaraq, Azərbaycanın bir neçə regionunda inanclılar Aşura günündə kütləvi mərasimlər keçirməyə cəhd göstəriblər. Ümumilikdə karantini pozduqları üçün 208 nəfər cərimələnib, 10 nəfər məhkəmə qarşısına çıxarılacaq və bir neçə sutka inzibati həbs cəzası alacaqlar.
Kazussuz da ötüşməyib. Bakı parklarının birində uşaqları ilə istirahət edən uşaqlı valideynlər hüquq-mühafizəçiləri tərəfindən saxlayaraq polis bölməsinə aparılıblar. Sosial şəbəkələrdə yayılmış videodan görünür ki, istirahət edənlərin köynəklərindəki dini yazılar polislərin diqqətini çəkib.