Daha əsir yoxdur? Azərbaycan və Ermənistan “hamını hamıya” dəyişdiklərini bildiriblər
14 azərbaycanlı və 44 erməni hərbi əsir dekabrın 14-də Ermənistan və Azərbaycan hakimiyyətlərinin nəhayət, razılığa gəldiyi “hamını hamıya” prinsipi ilə dəyişdirilməsi nəticəsində evə qayıdıb.
Onların sırasında ancaq ikinci Qarabağ müharibəsi zamanı (27 sentyabr – 10 noyabr 2020-ci il) yox, həm də daha əvvəl əsir düşən insanlar var.
Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qüvvələri arasında silahlı münaqişə sentyabrın 27-dən 44 gün davam edib. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması haqda razılaşma imzalayıblar. Razılaşma Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycanın nəzarətoi altına qaytarılmasını; regiona Rusiya sülhməramlılarının daxil olmasını; əsirlərin dəyişdirilməsini və qaçqınların qayıtmasını nəzərdə tutur.
- İkinci Qarabağ müharibəsinin hərbdən sonrakı qurbanları
- Şərh: Qarabağda hadisələrin üç ssenari üzrə inkişafı – Bakıdan baxış
- Şərh: ermənilərlə azərbaycanlılar birlikdə yaşaya biləcəklərmi – hərbdən sonrakı vəziyyətin analizi
Ermənistan
Ermənistanda keçmiş əsirləri Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan və tanınmamış Dağlıq Qarabağ Respublikasının de-fakto prezidenti Araik Harutunyan qarşılayıb.
Baş nazir Nikol Paşinyan baş tutacaq dəyişdirmə haqda Facebook səhifəsində yaydığı video-müraciətində bildirib. Bununla belə o, əsirlərin elə həmin günün axşamı qayıdacağını deməyib və Ermənistanda çoxları üçün bu, sürpriz olub.
Sosial şəbəkələrdə qaytarılan əsirlərin tam siyahısı paylaşılıb, bu siyahıya əsasən, onların sırasında 30 hərbçi və 14 mülki vətəndaş var.
Siyahıda 45 nəfərin soyadı qeyd olunub, amma bir soyadın qarşısında “plyus” işarəsi yoxdur. Elə həmin yerdə yazılıb ki, o, Naxçıvandadır (Azərbaycan).
Bununla baqlı hələlik heç bir şərh yoxdur.
Dağlıq Qarabağın ombudsmenı Artak Beqlaryan isə bütün erməni əsirlərin qayıtdığı ilə razılaşmayıb. Onda olan məlumata əsasən, dekabrın əvvəlinə qədər Azərbaycan tərəfdə 60 hərbçi və 40 mülki vətəndaş saxlanılırdı.
“Hamısını evinə qaytarmaq lazımdır, əgər onlar sağ deyilsı, başlarına nə gəldiyini aydınlaşdırmaq lazımdır”, – Beqlaryan deyir.
Qayıdanların yarısı haqlarında Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilənlərdir – hüquq müdafiəçisi, keçmiş ədliyyə naziri Artak Zeynalyan bildirib.
O həmçinin deyib ki, “Azərbaycanda saxlanılan digər Ermənistan vətəndaşlarının” qaytarılması üzərində işləyəcək.
Buna qədər Azərbaycan kimləri təhvil verib?
Daha əvvəl baş nazirin müavini Tiqran Avinyanın ofisindən bildirilmişdi ki, Azərbaycan Ermənistana üç əsiri, o cümlədən də etnik erməni olan yaşlı kişini qaytarıb. Hüquq müdafiəçisi Artak Beqlaryanın bildirdiyinə görə, “bu adam Azərbaycan əsirliyində naməlum şəraitdə vəfat edib”.
Azərbaycan
Dekabrın 14-də Azərbaycana gətirilən 14 nəfər keçmiş əsirin arasında 2014-cü ildə əsir düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev də var.
2020-ci ilin oktyabrına qədər Əsgərov və Quliyev Şuşa şəhərinin həbsxanasında saxlanılıb. Amma ikinci Qarabağ müharibəsi zamanı onlar Ermənistana aparılıb.
Qrupdakı qalan 12 nəfər 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində əsir düşən hərbçilərdir.
Hərbi əsirlər və girovlar Azərbaycana şəxsən Qarabağdakı RF sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov tərəfindən gətirilib.
Ermənistan qüvvələrinin əlində başqa hərbi əsirlərin qalıb-qalmadığı haqda məlumat verilməyib.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır