“Azərbaycan erməni əsirlərin yaşamaq hüququnu pozub”: Avropa məhkəməsinin qərarı
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın sərhədyanı kəndlərinin iki sakini Mamikon Xocayan və Karen Petrosyanın işləri üzrə qərar verib. 2014-cü ildə hər ikisi təsadüfən Azərbaycan ərazisinə keçib, saxlanılaraq işgəncələrə məruz qalıb. Məhkəmə Azərbaycan üzərinə hər bir iş üzrə 40 min avro kompensasiya ödəmək öhdəliyi qoyub. Qərarlar AİHM-ninsaytında dərc olunub.
Avropa məhkəməsi Azərbaycanın erməni əsirlərin yaşamaq hüququnu, azadlıq hüququnu və toxunulmazlıq hüququ, işgəncə və ayrıseçkilik tətbiq etməmək haqda öhdəliyini pozduğunu təsbit edib.
- Ermənistan-Azərbaycan problemləri: İlham Əliyev və Nikol Paşinyan onları necə görür?
- “Azərbaycanla ərazi dəyişikliyi olmayacaq” – Ermənistanın Təhlükəsizlik Şurasının katibi
Tavuş vilayəti Verin Karmiraxpür kənd sakini 77 yaşlı Mamikon Xocayan 2014-cü ilin yanvarında saxlanılıb. Azərbaycan tərəfi onu martın 4-də geri qaytarıb. Amma bir müddət sonra Mamikon Xocayan vəfat edib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ölüm səbəbi orqanizminin ümumi intoksikasiyası olub.
Tavuş vilayətinin Çinari kənd sakini Karen Petrosyan 2014-cü il avqustn 7-də yolunu azıb, bir müddət sonra Azərbaycan kəndlərinin birində tapılıb və saxlanılıb. Saxlanılandan bir gün sonra onun ürək tutmasından vəfat etdiyi bildirilib.
Bakı Karen Petrosyanın meyitini Ermənistan tərəfinə 2014-cü ilin oktyabrında qaytarıb. Ermənistan mediasının yaydığı məlumata görə, meyitin qaytarılmasının ləngidilməsi işgəncə izlərini gizlətmək məqsədi daşıyıb.