Azərbaycanda hər bir özəl ali məktəbdə “rus bölməsi, yəni dərslərin rus dilində keçirildiyi qruplar var. Yəni siz rus dilində təhsil almaq istəyirsizsə, heç bir problem yoxdur. Amma bu zaman siz Azərbaycan dilindən imtahan verməli olacaqsız – ayrıca, ali məktəblərə qəbul imtahanlarından əvvəl.
Bu imtahan heç vaxt çox çətin olmayıb – bu, nə IELTS, nə də TOEFL-dir. Ötən illərdə imtahandan keçmək üçün20 sualdan 7-nə, bu il isə 20 sualdan minimum 15-nə düzgün cavab vermək lazımdır. Əvəzində indi imtahanın ikinci mərhələsi var: o, mayın1-də və iyunun 12-də keçirilir. Hər halda rusdilli bakılılar üçün bu, ağır bir gündür. Çünki nə qədər təəccüblü olsa da Bakıda hələ də dövlət dilini bilmədən keçinən və bunu özlərinin müqəddəs haqqı hesab edən çox sayda insan var. İmtahandan sonra hər il sosial şəbəkələrdə rus dilli əhalinin diskriminasiyası haqda bir-iki şərh və hətta “milli mənsubiyyətə görə ələmə kimi nəzəriyyələr tapmaq olar. Və mütləq belə bir şərh olur: “Axı niyə proqramçı Azərbaycan dilini bilməlidir?
Biz rusdilli bakılılardan dövlət dilini yaxşı bilib-bilmədiklərini, bilmirlərsə, bunun onların gündəlik həyatına mane olub-olmadığını, bu ilki imtahanın çətin keçib-keçmədiyini və ümumiyyətlə bu dilə ehtiyacları varmı deyə soruşduq. Bununla belə, imtahanı verə bilməyən bir nəfər də olsun tələbəyə rast gəlməməyimiz imtahanın çətin olmadığından xəbər verir.