“Axmaqlığı şərh etmək çətindir” – Rövşən Əsgərov Rusiya istintaqının ittihamlarına cavab verib
Rusiya İstintaq Komitəsi azərbaycanlı jurnalist, “Kim? Harda? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı Rövşən Əsgərov haqda cinayət işi qaldırıb. O, “nasizmin reabilitasiyası”nda ittiham olunur. Əsgərovun özü qeyd edib ki, “axmaqlığı şərh etmək çətindir”.
- Avropada təhsil və yaxşı həyat arzusu. Azərbaycanda ingilis dilini niyə öyrənirlər?
- Əliyev Ermənistanla sülh danışıqları haqda: “Biz beş prinsip əsasında danışıq aparmaq niyyətindəyik”
- Laçın dəhlizinə alternativ yolun inşası bitmək üzrədir
Rövşən Əsgərov hazırda Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın baş redaktoru olduğu “Baku” jurnalının PR-direktorudur.
“Mən Rusiyada deyiləm və ora getməyəcəm”
“Радиоточка НСН” Telegram-kanalına müsahibəsində Rövşən Əsgərov haqqında nasizmin reabilitasiyası ilə bağlı açılmış cinayət işini uydurma adlandırıb.
“İstintaq Komitəsi bunu şərh etmək istəmir? Zənnimcə, orada cinayət tərkibi yoxdur. Mən ümumiyyətlə orda heç bir hadisə görmürəm. Anlamaq olmur ki, nədir, onlardan soruşun ki, nə düşünürlər. Mən Rusiyada deyiləm, sizdən fərqli olaraq mənim bəxtim gətirib, mən Rusiyada deyiləm və ora gəlməyəcəm.
Bu, uydurma cinayət işidir. Rusiyada nə baş verdiyi məni çox da maraqlandırmır, bu, Rusiyanın problemidir. Mən bu kimi şeyləri şərh etmirəm. Onlar bunu niyə edirlər, artıq onlara müraciət edin”, – Əsgərov deyib.
Əsgərov nə edib?
Aprelin 6-a keçən gecə Rövşən Əsgərov Facebook səhifəsində bu məzminda paylaşım edib:
“Rusiyada, Moskvanın mərkəzində, psevdo-tarix muzeyinin qarşısında stajlı qarətçinin heykəli ucalır. Paqonlu qatil Jukov həm də oğru olub. O, Almaniyadan “öz şəxsi istifadəsi üçün” “xeyli sayda” mebel, sənət əsəri, müxtəlif qənimət əşyalar gətirib. Onun işi üzrə istintaq materiallarında belə yazılıb. Beş dəfə Sovet İttifaqı qəhrəmanı bax belə biridir”.
Bu paylaşım artıq silinib və jurnalistin səhifəsində bunu tapmaq mümkün deyil.
O, nədə ittiham olunur?
“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rövşən Əsgərovla bağlı RF CM-nin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə qaldırılmış nasizmin reabilitasiyası haqda cinayət işi araşdırılır”, – Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
“Daha əvvəl Rusiya İK rəhbəri tərəfindən Dövlət Tarix Muzeyinin müraciəti əsasında R.Əsgərovun fikirlərinin hüquqi dəyərləndirilməsi haqda müvafiq tapşırıq verilib.
İstintaq tərəfindən müəyyən edilib ki, 2022-ci il aprelin 6-dan gec olmayaraq Əsgərov Facebook sosial şəbəkəsindəki səhifəsində (Rusiya Federasiyası ərazisində qadağan edilib) görkəmli Rusiya sərkərdəsi və Vətən müdafiəçisi Sovet İttifaqı marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən əvvəlcədən yalan olduğu bəlli olan məlumatlar dərc edib.
İstintaq Komitəsi Vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinin qarşısını həmişə prinsipial olaraq və sərt şəkildə alacaq, bu cür cinayətləri törədənlərin statusu və sosial mövqeyinə baxmayaraq. Bu cür əməllərə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyəti tətbiq ediləcək”, – məlumatda qeyd olunub.
Əsgərov Kalaşnikovun abidəsi haqda
Bu, Rövşən Əsgərovun SSRİ və Rusiya tarixi ilə bağlı ifadə etdiyi düşüncələrinə görə təqib edildiyi ilk hadisə deyil. 2020-ci ildə o, “AK-47” avtomatının yaradıcısı Mixail Kalaşnikovun Moskvadakı heykəli haqda fikirlərini paylaşmışdı.
“Moskvanın mərkəzində qatil Kalaşnikovun əlində qətl aləti ilə birlikdə qorxunc, eybəcər, vulqar, zövqsüz və əxlaqsız heykəli ucalır…
Moskvanın heç bir yanında immunoloq, virusoloq Lev Zilber və ya Zinaida Yermolyevanın abidəsi yoxdur…
“AK-47” ilə niyə viruslardan müalicə olunmursiz. Xeyir ola, vaksin axtarırsız? Axı avtomatlar daha vacibdir?
Yeri gəlmişkən, Zilberin keçmiş arvadı, “sovet penisilini”nin yaradıcısı Zinaida Vissarionovnanın taleyinə Zilberin doğma qardaşı Veniamin Kaverin “Açıq kitab” romanını həsr edib. Ekranlaşdırmaların birində onun rolunu İya Savvina oynayıb.
Qatillərə heykəl ucaldıb, xilaskarlarını görməzdən gələn bəşəriyyəti sevmək çətindir.
Həqiqi, təbəriyyəli balıqçıların uydurduğu yox.
Yeri gəlmişkən, immunoloq və virusoloq Lev Zilbert 1930-cu ildə Azərbaycanın Hadrut şəhərində vəba oğaçını söndürüb”.
O zaman Rusiyanın bir çox media orqanı jurnalistə qarşı səfərbər olmuşdu, amma məsələ cinayət işinin açılmasına gedib çıxmamışdı.