Avtokefaliya qaçılmazdır?
Moskva və bütün Rusiyanın patriarxı Kirill bildirib ki, Rusiya Pravoslav Kilsəsi heç vaxt Ukrayna kilsəsinin müstəqil olmasına imkan verməyəcək. Kirill Moskva Patriarxlığının Ukrayna kilsəsinin rəhbəri Onufriyə “kanonik bilriyinin qorunmasına görə təşəkkürünü bildirdi və əlavə etdi ki, heç vaxt bu sərhədlərin dəyişdirilməsinə razılığını verməyəcək.
Ukraynanın əvvəl-axır öz yerli kilsəsi olacaqmı? Vəziyyəti rusiyalı publisist Sergey Çapnin şərh etdi.
– Moskva və bütün Rusiyanın patriarxı Kirilin bəyanatı nə ilə bağlıdır? Bu bəyanat hansısa tarixlə bağlı idi, yoxsa özündə hansısa siqnalı ehtiva edir?
-Hesab edirəm ki, bu, patriarx Kirilin 70 illiyinin qeyd olunduğu günlərdə ən gözlənilməz bəyanat idi. Bu, Ukrayna ilə bağlı sərt və kifayət qədər geniş bəyanatdır və düşünürəm ki, Rusiya kilsəsinin və şəxsən patriarx Kirilin özünün olduğu ümumi vəziyyətlə bağlıdır. Burada ən əsası indiki Rusiya Pravoslav Kilsəsinin lider və əksər vaxtlarda imperiya xarakterini təsdiqləmək cəhdidir. Burada məlum olur ki, həlledici rolu Konstantinopolla rəqabət və katolik və başqa dini qruplarla hansısa münasibətlər deyil, Ukrayna kilsəsini qeyd-şərtsiz, heç bir diskussiyalar və güzəştlər olmadan Rusiya Pravoslav Kilsəsinin tərkibində görmək istəyi oynayır.
– Bu yaxınlarda İstanbula səfər edən Ukrayna nümayəndə heyəti Ukraynada yerli kilsənin olması ilə bağlı Kainat patriarxından razılıq ala bildi. Kainat patriarxının bu istəyi Ukraynada yerli kilsənin yaradılması prosesini necə sürətləndirə bilər? Buna Rusiya Pravoslav Kilsəsi necə reaksiya verə bilərdi?
– Kilsə nöqteyi-nəzərindən avtokefal kilsəsinə tərəf hərəkətin əsas drayverləri siyasətçilər olanda bu, çox qəribə görünür. Bu, həm də vəziyyətin qeyri-normal olmasında xəbər verir. Sözsüz ki, həm Konstantinopol, həm kainat patriarxı və ümumiyyətlə geniş mənada kilsə, kilsə tarixi nöqteyi-nəzərindən Ukrayna kilsəsinin avtokefaliyası nəinki mümkün, hətta perspektivdə qaçılmaz kimi görünür. Burada avtokefaliyanın lehinə çıxış edənlərin və ya onun qəti şəkildə mümkünsüzlüyü barədə danışanların hansı addımlar atması daha vacibdir. Mənə elə gəlir ki, burada məsələ stratejidən daha çox taktikidir.
– Ukrayna yerli kilsəsi ancaq Moskva Patriarxatının Ukrayna Pravoslav Kilsəsi əsasında yarana bilər yoxsa onun yaranmasına bünövrə kimi artıq Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsi çıxış edə bilər?
– İndiki vəziyyətdə çıxış edə bilməz. Burada kilsənin hansı qanunlar, hansı əsaslar üzərində qurulması barədə anlayışının olması barədə danışmaq lazımdır. Digər yerli kilsələr tərəfindən tanınma əsas şərtlərdən biridir. Kiyev Patriarxatı bu şərtlərə əməl etmədiyi üçün qəbul edilmiş kilsə sayılmır, ümumiyyətlə Kiyev patriarxatının bünövrə ola bilməsi barədə danışmaq mənim fikrimcə, reallıqdan çox uzaqdır. Bu, süni sxemlərdir və onlar işləməyəcək.
– Moskva Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin əvvəlki rəhbərinin dövründə daha böyük avtokefaliyaya can atanlarla “Çistıy pereulok (Moskva Patriarxatı iqamətgahının ünvanı) və onun məsləhətlərinə baxmağı təklif edənlər arasında diskussiya gedirdi. Bu gün bu təsir sahələri necə paylanır?
– Sözsüz ki, Moskvaya, patriarxa və onun ətrafına istiqamətlənmə çox böyükdür. Hətta indi də düşünürəm ki, bu, Moskva Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin Kiyev metropoliyasının daxilində dominant olan trenddir. Amma burada məncə problem başqa şeydədir:
iş orasındadır ki, kilsənin cəmiyyətə ən azı özünün ictimai mövqeyində, yayına bilmədiyi siyasi məsələlər üzrə mövqeyində aydın olması üçün müraciətin bugünkü cəmiyyətə edilməsi vacibdir. Xəyali deyil, bu gün Ukrayna cəmiyyətini təşkil edən konkret insanlara. Moskva Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin bununla bağlı böyük problemləri var. Belə görünür ki, kilsə iyerarxları və spikerləri cəmiyyətlə və siyasi elita ilə danışmağa qorxurlar, bəzən də elə təəssürat yaranır ki, bunu heç bacarmırlar da. Bu da çox ciddi problemdir.
– Ümumiyyətlə Ukrayna dövləti Rusiya dövlətindən fərqli olaraq, özündən Leviafan düzəltmir və ona aid olmayan sahələrə baş qoşmur, bununla belə, misal üçün, əgər dövlət səviyyəsində deyək ki, Moskva patriarxatının maraqlarına bir qədər zərər yetirməklə Kiyev Patriarxatına üstünlük vermək istəyi yaransa, bu, Ukraynada de-fakto yaranan balansın dəyişməsinə gətirib çıxara bilər?
– Mən Moskva perspektivindən danışıram, buna görə də mənə vəziyyəti daxildən, sizin kontekstdən qiymətləndirmək çətindir. Deyərdim ki, bir tərəfdən, dövlətin doğru hesab etdiyi kimi hərəkət etmək haqqı var. Digər tərəfdən isə sözsüz ki, Moskva Patriarxatının Ukrayna Pravoslav Kilsəsi kimi ən böyük dini icmaya hörmət etmək lazımdır. Dövlətin vəzifəsi bir dini qrupun başqalarına qarşı zorakılıq ehtimalının özünü aradan qaldırmaqdan ibarətdir. Və bu dinlərarası sülhün təminatı dövlətin vacib vəzifəsidir. Sülh olsa, kanonik və ya başqa dini təşkilatlar başa düşsələr ki, vəziyyət sülh, mehriban dialoq rejimindədir, bu da vəziyyətin dəyişməsin gətirib çıxaran amillərdən biri olacaq.
Dərc olunub: 25.11.2016