“Avropaya” çörək dalınca. Ukraynada cəbhəyanı kəndin həyatı
Ukraynanın şərqində vəziyyət gərginləşir. Ukrayna qoşunları ilə Rusiya yönlü silahlı dəstələr arasında intensiv mövqe döyüşləri gedir. Amma eyni zamanda cəbhə xəttində insanlar yaşamağa davam edir. Çox vaxt ən elementar yaşam şəraitləri olmadan. Ukraynanın Hromadske teleşirkəti bu kəndlərdən birində olub.
Novoaleksandrovka yəqin ki, Ukraynada yaşamaq üçün ən pis yerdir. Burada nə qaz, nə elektrik, nə də yol var. Bütün bunlara baxmayaraq, Novoaleksanrovkada hələ də 10 nəfər insan yaşayır, onları sanki zaman maşını yüz il əvvələ atıb.
Biz iki yarım kilometrlik qrunt yolu saat yarıma gedirik.
Əslində meşə və sahədən gedib-gələn hərbçilər buranı yol edib. Amma bu qrunt yolla əsasən ağır hərbi texnika gedib-gəldiyi üçün məsələn, minik maşını ilə oradan keçmək hətta isti aylarda da mümkün deyil. Qışın sonunda qar əriyəndən sonra, su isə hələ qurumamış bu yolla getmək hər addım başı xirtdəyə qədər palçığa batmaq deməkdir.
Təcrid şəraitində həyat
“Bizim gösəlliyə baxın! Burada nə vaxtsa insanlar yaşayıb. Müharibəyə görə gediblər”, – Vladimir bizim üçün kənddə ekskursiya keçirir.
“Burada tövlələr vardı. Yaşayış evi. Mətbəx vardı. Artıq oxdur!”
Artıq olmaması 2020-ci il sentyabrın 1-də Novoaleksandrovkanı bürüyən yanğının nəticəsidir.
O, çığırı göstərir və deyir ki, oradan Avropaya gedir, dramatik sükutdan sonra isə dəqiqləşdirir: “Popasnayanı biz Avropa adlandırırıq!”
Ukraynanın nəzarətində olan ərazini Avropa adlandırmaq işğal olunmuş ərazilərin sakinləri arasında populyar zarafatdır. Novoaleksandrovka heç vaxt işğal olunmayıb. 2014-2018-ci illərdə kənd “boz zonada”– yəni Ukrayna ordusunun və silahlıların mövqeləri arasında olub. 2018-ci ildə Ukrayna silahlıq qüvvələri kəndi nəzarət altına götürüb.
Amma Novoaleksandrovka indi də təcrid vəziyyətindədir – heç bir normal yolu yoxdur. Heç bir nəqliyyat, avtomağaza bura gəlmir. 2014-cü ildən kənddə elektrik də yoxdur.
Bir neçə başqa cəbhəyanı kənddə və şəhərdə də gediş-gəlişə məhdudiyyət var. Yolun olmaması ilə bağlı vəziyyət də unikal deyil.
Uzun zamandır elektirik olmaması isə nadir haldır. Novoaleksandrovkadan başqa bu problem Donetsk vilayətinin Opıtnıy kəndində var. Orada 30 nəfərdən çox insan işıqsız yaşayır.
Novoaleksandrovkanın problemləri çox ləng həll olunur. Hətta kəndin administrativ tabeliyinin nəzarət altında olan ərazidəki kənd sovetinə verilməsi də Ukrayna hərbçiləri kəndə daxil olandan sonra təxminən iki ilə həll olunub. Elə həmin vaxt məmurlar enerji təchizatə probleminin həllinə söz veriblər. Elə indi də söz verirlər.
“Əgər enerji təchizatının bərpası üçün bizə sakitlik rejiminin təmin olunacağına dair zəmanət verilsə, biz hər şeyi edəcəyik. Amma hələlik təəssüf ki, belə zəmanət verilmir”, – Liqansk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergey Qayday deyir.
Ümid Qırmızı Xaçadır
“Yayda it kimi yaşayırıq. Ət aldıq, axşama qədər yedik. Kolbasa aldıq, axşama qədər yedik. [Yoxsa] səhər itə verəcəyik”, – 57 yaşlı Nikolay Nikolayeviç öz həyatını təsvir edir.
O danışır ki, Qırmızı Xaç yerli sakinlər üçün günəş batareyası və dizel generatorları alıb. Birincilər ancaq telefonu enerji ilə doldurmağa yetir. İkincilərin işləməsi üçün isə yanacaq lazımdır, onu isə Popasnoydan alıb, bidonla daşıyıb gətirmək lazımdır.
“Biz onlara kömək etməyə çalışırıq, amma bizim yardım imkanımız məhduddur, çünki təhlükəsizlik qaydalarını nəzərə alaraq orada iqtisadi fəaliyyət reallaşdırmaq mümkün deyil”, – Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı bürosunun mətbuat katibi Aleksandr Vlasenko deyir. – “Orada yerli sahibkarlığı stimullaşdırmaq mümkün deyil ki, insanlar torpaq becərsin, çünki bu, onları təhlükəyə məruz qoyur. Buna görə də hər ay onların kartına maliyyə yardımı [hər birinə ayrı] köçürməklə kifayətlənirik. Həmçinin dekabrın əvvəlində soyuq aylarda evlərini isidə bilsinlər deyə onlara yanacaq gətirdik”.
Bütün yerli sakinlər söhbət zamanı Qırmızı Xaçı xatırlayır. Burada deyəsən, mövcudluğu çoxdan unudulan yerli və ya mərkəzi hakimiyyətdən fərqli olaraq.
Onlar niyə qalır?
Müharibəyə qədər Novoaleksandrovkada 100 nəfərdən çox sakin yaşayıb. İndi cəmi on nəfər qalıb.
“Kəndi tərk etməyəcəm! Kim ona qulluq edəcək?! Kim təmir edəcək?! Mən özüm inşaatçıyan. Gah damı təmir edirəm, gah pəncərələrin şüşəsini qoyuram. Bu axınlarda yenə xarab olmuşdu – düzəltdim!” – Vladimir Alekseyeviç kiçik vətənində yaşamaq haqqının arxasındadır.
Amma sonra başqa bir səbəbi də xatırladır:
“Mən doxma evimi tərk etməyəcəm ki, qarət etməsinlər. Əgər düzünü desəm. Mən bir dəfə “Avropaya” getdim çörək üçün və məni qarət etdilər!”
Onun əsas gəlir mənbəyi Qırmızı Xaçın yardımı və həmkəndlilərinə yumurta satmaqdır.
Onun üç qızı və nəvələri var. “Mən varlı Buratinoyam”, – özünü xarakterizə edir. Amma qızını da, nəvələrini də çoxdan görməyib – onun harasa getmək üçün sadəcə pulu yoxdur. Onlar isə “on dördüncü ildə atəş səslərini kifayət qədər dinlədikləri” üçün gəlmirlər.
Nikolay Nikolayeviçin hekayəsi də oxşardır – onun qızı Kiyevdə, oğlu isə Gürcüstanda, Batumidə yaşayır. Özü isə kənddən getmək niyyətində deyil.
“Kimlər məndən soruşmayıb ki, niyə biz buradan getmirik”, – deyə qəzəblənir. – “Amma sual ritorikdir. Sən öz evini mənə verərsən, dəyişərsən mənimlə? Sıfır. Ovcumu açaraq getmək istəmirəm”.
“Mən burada doğulmuşam, ev tikmişəm ki pensiyada yaxşı yaşayım. Uşaqlarım, nəvələrim bura gəlsinlər. Mənim heç nədən şikayətim yoxdur, hər şeyim var. Sadəcə yaşamağa imkan verin!” – o əlavə edir.
“Mediaşəbəkənin” dəstəyilə.