Avropa Şurası prezidentinin nümayəndəsi siyasi böhranı yumşaltmaq üçün Tbilisiyə gəlib
Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi, isveçli diplomat Kristian Denielson hakimiyyət və müxalifət arasında danışıqların başlamasına və Gürcüstanda siyasi böhranın çözülməsinə kömək etmək üçün Tbilisiyə gəlib.
Kristian Denilson martın 12-də Tbilisiyə gəlib
Gürcüstanda siyasi böhran 2020-ci ilin payızında, parlament seçkilərindən sonra başlayıb və fevralın 23-də əsas müxalifət partiyasının lideri Nika Meliyanın həbsindən sonra kəskinləşib.
-
Tarixçə
Gürcüstanda siyasi böhran niyə yaranıb?
Gürcüstanda Oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra ciddi siyasi böhran yaranıb. Müxalifət hesab edir ki, seçkilər saxtalaşdırılıb və nəticələri tanımır. Müxalifətçi deputatlar (altı deputatdan başqa) öz yerlərindən istefa veriblər və “Gürcü arzusu” iqtidar partiyasını parlamentdə təkbaşına buraxıb. Gürcüstan tarixində ilk dəfədir ki, birpartiyalı parlament fəaliyyət göstərir.
Ölkədə siyasi böhran əsas müxalifət partiyası Milli Hərəkatın ofisində xüsusi əməliyyat keçiriləndən və partiya sədri Nika Meliyanın həbsindən sonra dərinləşib.
Meliyanın həbsi həm ölkə daxilində, həm də xaricində misilsiz reaksiya doğurub. Ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Gürcüstanın amerikalı və avropalı tərəfdaşları müxalifət partiyasının ofisində keçirilən xüsusi əməliyyatı “demokratiya yolunda geriyə addım” kimi dəyərləndiriblər.
2020-ci ilin oktyabrın siyasi proseslər praktiki olaraq küçəyə daşıb. Müxalifət və ictimai fəallar mütəmadi olaraq mitinq təşkil edir və hökumət binaları qarşısında piket keçirirlər. Müxalifətin əsas iki tələbi var – növbədənkənar parlament seçkilərinin təyin edilməsi və Nika Meliya da daxil olmaqla siyasi məhbusların azad edilməsi. Saxlanılanlar arasında qanunsuz silah saxlamaqda ittiham olunan müxalif “Mtvari” telekanalının təsisçilərindən biri Georgi Rurua da var. Müstəqil jurnalistlər bildirirlər ki, Meliya və Ruruanın işlərində hüquqi müdafiəyə ehtiyac yoxdur.

“Mən Gürcüstana qayıtdığım üçün çox şadam. Üç gün ərzində siyasi prosesə müdaxil olmuş bütün tərəflərlə çox sıx iş qrafikinin olacağına ümid edirəm. Mən indi başqa heç nə deyə bilmirəm. Mən KİV-lə bu gün daha sonra danışacağam”, – Kristian Denielson aeroportda jurnalistlərə deyib.
Denielson Gürcüstanda üç gün olacaq və Aİ-nin Gürcüstandakı səfiri Karl Xartsellə birlikdə tərəfləri siyasi dialoqa cəlb etməyə çalışacaq. Hökumətlə bu dialoqda bütün müxalif siyasi partiyaların liderləri iştirak edəcək.
Hakimiyyət və müxalifət arasında dialoqun bu formatı martın 1-də Gürcüstana səfər edən və qarşı-qarşıya duran tərəfləri bir masa arxasına toplayaraq, onları yaxın iki həftə ərzində kompromis həll yolu tapmağa çağırmış Avropa Şurası prezidenti Şarl Mişel tərəfindən irəli sürülüb. Martın 16-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin böhrandan konkret çıxış planı ilə Brüsselə gedəcəyi gözlənilir.
Hazırkı mərhələdə tərəflərin mövqeləri ziddiyyətlidir – müxalifət növbədənkənar seçki tələb edir, hakimiyyət razı olmur.
Kompromis variant birbaşa növbədənkənar seçkilərin yox, plebisit keçirilməsi, insanlardan növbədənkənar seçki istəyib-istəmədiyini soruşulması ola bilər.
Siyasi partiyalarla danışıqlardan başqa, Denielson Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.