Avropa Şurası Ermənistanda məhkəmə sistemindəki islahatlar prosesində iştitrak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasına təklif edib ki, ölkədə məhkəmə sisteminin islahatlarına sadəcə yardım etməsinlər, bilavasitə bu prosesdə iştirak etsinlər.
• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən azad edilib
İslahatlar nə üçün vacibdir?
Ermmənistan hakimiyyəti məhkəmə-hüquq sistemində radikal islahatların keçirilməsi qərarını əhalinin hazırkı məhkəmə sisteminə inansızlığı ilə izah edir.
“Hökumət və parlamentdən fərqli olaraq xalq məhkəmələrə etibar etmir. Məhz buna görə, məhkəmə qərarları mütəmadi olaraq cəmiyyət arasında narahatlıqlar yaradır, cəmiyyət sadəcə məhkəmə sisteminə etibar etmir və bu, daimi böhran mənbəyi ola bilər”, – Ermənistanın baş naziri bildirib.
Məhkəmə-hüquq sisteminin islahatına Avropa mütəxəssisləri yardım edəcək. Avropa Şurasının insan haqları üzrə katibliyinin baş direktorunun rəhbərliyi altında nümayəndə heyyəti dəyişikliklər prosesinə necə yardım edilməsi kimi konkret addımların müzakirəsi üçün Ermənistana gəlib. Kristos Cakumopolis bildirib ki, struktur Ermənistan hakimiyyətinin məhkəmə sisteminin islahatları üzrə addımlarını alqışlayır və hər cür dəstəkləyir.
Avropa ekspertlərinin rəyi
Məhkəmə-hüquq islahatları üzrə mütəxəssis, Avropa siyasəti üzrə “Açıq Cəmiyyət” Fondunun böyük elmi işçisi İskra Kirova düşünür ki, ötən ilki küçə etirazları və hakimiyyətin dəyişməsi ona görə həm də mümkün oldu ki, insanlar məhkəmənin müstəqilliyini tələb edirdilər:
“Ermənistan həqiqətən də köklü dəyişikliklərə ehtiyac duyur. əvvəlki hakimiyyət məhkəmə tərkibini tamamilə nəzarətdə saxlayırdı. Məhkəmə sistemi iqtidarını qorumaq üçün hakimiyyətin maraqlarına xidmət edirdi”.
Bununla yanaşı ekspert Ermənistan hakimiyyətinə məsləhət görür ki, islahatların gedişatında istifadə olunacaq müxanizmlərin seçimində yanılmamaq üçün ciddi düşünsünlər:
“Ermənistanın baş naziri və onun hökuməti beynəlxalq tərəfdarlarına və öz xalqına aydın şəkildə göstərməlidir ki, məhkəmə-hüquq sistemində dəyişikliklərin aparılması məsələsində ciddidirlər və islahatları doğru yolla həyata keçirmək üçün tam qətiyyətlidirlər”.
Hər şey nədən başladı?
Hər şey məhkəmənin Ermənistanın eks-prezidenti Robert Koçaryanı həbsdən azad etmək haqda qərarından sonra başlayıb. Hakim bu qərarı verərkən Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın vəsatətlərini nəzərə alıb. Saakyan və Qukasyan Koçaryanın “iki erməni respublikasının bərqərar olmasına verdiyi töhfəl əri, onun Qarabağ müharibəsindəki səylərini və erməni ordusunun formalaşmasındakı əziyyətlərini” nəzərə alaraq, eks-prezidenthaqda həbs qətimkan tədbirinin onların məsuliyyəti altında dəyişdirilməsini məhkəmədən xahiş ediblər.
Keçmiş Ermənistan prezidenti beş aydan çoxdur ki, konstitusiya quruluşunu devirməkdə və üç milyon dollar həcmində rüşvət almaqda ittiham olunaraq həbsdə saxlanılırdı.
Minlərlə ölkə vətəndaşı qərardan narazı qalıb. Hökm səsləndiriləndən sonra Ermənistanın baş naziri insanları küçələrə çıxıb, məhkəmələrin girişlərini bağlamağa çağırıb. O, aydınlaşdırıb ki, u yolla tərəfdarlarını mıhkəmə sistemində islahatlar aparmaq niyyətini dəstəkləməyə çağırıb.
“Məlumatlandırılmış vətəndaş” ictimai təşkilatının hesablamalarına görə, Nikol Paşinyanın çağırışına təxminən 1100 nəfər cavab verib. Aksiya bir neçə saat davam edib.
Aksiya ilə parallel olaraq baş nazir canlı yayımda məhkəmə sistemində islahatları konkret necə aparacağına aydınlıq gətirib:
- Bütün hakimlər istisnasız olaraq, vettinq (etibarlılıq yoxlaması — JAMnews) keçməlidir. Yəni cəmiyyət hakimlərin siyasi əlaqələri, əmlakları, həmçinin onların keçmiş fəaliyyəti, peşəkar və şəxsi keyfiyyətləri ilə bağlı məlumatlı olmalıdır.
- Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını qanun pozuntusu elan etdiyi bütün hakimlər istefaya getməli və ya işdən azad edilməlidir.
- Obyektiv ola bilmədiyini özü dərk edən bütün hakimlər istefaya getməlidir.
- İki ay ərzində hökumətin ötən yeddi-səkkiz ay ərzində hazırladığı keçid dövrü ədalət mühakiməsi mexanizmləri həyata keçirilməlidir.
- Parlament müstəqil məhkəmə sisteminin bərqərar olması üçün qanunvericilik bazasını hazırlamalıdır.
Hələlik Ermənistanda keçid dövrü ədalət mühakiməsi mexanizmləri müzakirə olunur – vahid fikir yoxdur. Avropa ekspertləri təcrübələri ilə bölüşməyi və mümkün variantlar içindən məhz Ermənistan üçün ən uğurlu olanı seçməkdə kömək göstərməyi vəd edirlər.