Avropa Liqası ilə əlaqədar şəhərin mərkəzinin bağlanması ehtimalı haqda məlumat bakılıları qəzəbləndirib
Paylaşmaq
Paylaşmaq
Avropa Liqasının Bakıda mayın 29-da keçiriləcək final oyununa görə mayın 25-dən 31-ə qədər şəhərin əsas mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq, Ona.az xəbər verib.
Bu xəbər bu gün bakılıları qəzəbləndirib. Üstəlik heç yanda dəqiqləşdirilməyib ki, “hərəkət məhdudlaşdırılacaq” ifadəsinin altında konkret nə nəzərdə tutulur. Şəhər sakinləri belə nəticəyə gəliblər ki, onları şəhərin mərkəzinə buraxmayacaqlar. Düzdür, Daxili İşlər Nazirliyi bu xəbəri təkzib edib.
Avropa Liqasının Bakıda Olimpiya Stadionunda baş tutacaq finalında İngiltərənin “Çelsi” və “Arsenal” komandaları görüşəcək.
Bu ərəfədə Azərbaycana 20 mindən çox əcnəbi azarkeşlərin gələcəyi gözlənilir. Qələbəliyin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün mərkəzi piyada zonalarında – Fəvvarələr Meydanı və Nizami küçəsində vətəndaşların hərəkəti məhdudlaşdırılacaq. Hər halda Ona.az saytının xəbərində belə deyilir. Bu xəbər agentliyi hakimiyyətə yaxın hesab olunmduğu üçün Azərbaycanda çoxları orda gedən xəbərlərə inanır. Hətta bir neçə digər saytda bu xəbər Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən təkzib olunduqdan sonra da.
Bu xəbər sosial şəbəkələrdə mübahisəyə, qəzəb ifadəsinə və qara yumora səbəb olub:
“Necə ola bilər ki? Bəs əgər orada yaşayıramsa? İndi neyləyək, küçəyə çıxmayaq?”;
“Qoy onda artıq bütün şəhəri çəpərləsinlər və bizi ümumiyyətlə şəhərə buraxmasınlar”;
“Eşitmisiz, Daxili İşlər Nazirliyi artıq təkzib verib. Yəlqin xalqın reaksiyasından qorxublar. Ya da sadəcə camaatı yoxlayırdılar və anladılar ki, ağ eləyirlər”.
Hələlik heç kim heç nə anlamır və qəzəblər cilovlanmır.
Bəs bayram necə olacaq?
Həmin bu ərəfədə Azərbaycanda 28 may Respublika Günü qeyd olunacaq. Ənənəvi olaraq mayın 28-də siyasətçilər, fəallar və sadə vətəndaşlar şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində 2018-ci ildə İstiqlal Bəyannaməsinə imza zatan siyasi xadimlərin şərəfinə qoyulmuş abidə önünə çiçək gətirirlər. Amma bu il bu küçə ehtimal olunan “final öncəsi məhdudiyyətlərə” daxildir.
Müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, bu, sadəcə müxalifətə bayram yürüşü keçirməyə imkan verməmək üçün bir bəhanədir. Məmmədov Facebook səhifəsində bunu “biabırçılıq” adlandırıb, hətta Azərbaycan hakimiyyətinin əməllərini “ört-basdır” etdiyi üçün UEFA-nı da tənqid edib.