Asılı qida
Pulsuz ziyarətçilər Bakı restoranlarından olan “Anadoluya maneəsiz buraxılır. Hətta qonağın xarici görkəmindən onun dilənçilik etdiyini təxmin etmək olarsa belə, ofisiant onu masaya ötürəcək və ona digərlərinə göstərilən qədər nəzakətli qulluq göstərəcək.
Bu möcüzələr “asılı qəhvə adlı xeyriyyə aksiyasıdır. Restoranın qonaqları yemək sifariş edərkən daha bir yeməyin pulunu ödəyirlər, yəni onu “asırlar, və həmin yemək yoxsul ziyarətçiyə qismət olur.
“Asılı qəhvə Neapolitan ənənəsidir. Orada ikinci fincan qəhvənin pulunu ödəyərək onu yad bir şəxs üçün saxlamaq adətdir. İlk başda bu sadəcə sosial bir oyun, həmin gün pulu və gözəl əhval-ruhiyyəsi olmayan birini anonim şəkildə ruhlandırmaq növü idi.
Sonralar “asılı qəhvə daha fundamental xeyriyyəçilik şəklini alaraq inkişaf etdi: bütün dünyada insanlar nəinki bütöv naharlar “asır restoranlarda, hətta kasıblar üçün dərmanlar və ya uşaqlarçün kitablar da “asmağa başladı.
“Anadolunun müdiri Fikrət Xəlilovun sözlərinə görə (artıq 20 ildən artıq fəaliyyət göstərən) restoran əvvəllər də kasıblara köməklik edib: “Biz heç vaxt bunu reklam etməmişik, lakin ehtiyacı olanlar bilirdilər ki, onlar restoranımıza gəlib hər hansı bir yemək, dönər və ya bir boşqab şorba əldə edə bilərlər.
Lakin hələ manatın devalvasiyanın ikinci dalğasından öncə 2015-ci ilin sonunda Fikrət bəy xeyriyyəçiliyin restoran üçün çətinləşdiyini müşahidə etmişdi: müştəri sayı azalırdı, demək ki, gəlirlər də azalırdı. “Elə onda mən feysbuk vasitəsilə ictimaiyyətə müraciət etdim. Elan etdim ki, restoranda “Asılı qəhvə aksiyası başlayır. Bizim məkanda qəhvə və ya çay “asmaqla yanaşı hər hansı bir yeməyi də “asmaq mümkündür; və ya sadəcə pul qoymaq olar, həmin təqdirdə ehtiyacı olan şəxs nə alacağına özü qərar verir.
Şəffaflığı təmin etmək üçün bütün “asanlara üstündə məbləğ göstərilən qəbz verilir; bundan əlavə restoranın qarşısında üzərində hər gün ianə verənlərin və ianədən bəhrələnənlərin yenilənən siyahısi olan lövhə var. Məbləğlər müxtəlifdir: bir-iki dollardan yüz dollara qədər və daha çox.
Kampaniyanın başlanğıcı zamanı ona qarşı çıxanların sayı az olmadı. Onların arqumentlərini cəmləşdirsək, bir neçə tip şərh ortaya çıxır:
“İnsanın ehtiyaclı olduğunu necə müəyyən etmək olar?
“Yoxsullar bu haqqda necə xəbər tutur, onların axı interneti yoxdu?!
“O sadəcə satışı artırmaq istəyir. Siz axı bu qəhvəni menyudakı qiymətlə alacaqsınız
“Ondansa ərzaq məhsulları alıb, ehtiyacı olanlara verin
“Hansı yoxsul “Anadoluya gedəcək?
Aksiya uğurlu alındı: “asılı məbləğ bugün hətta restoranda xeyriyyəçiliyə xərclənən məbləğdən artıqdır. İndi “Anadolu hətta bütöv qruplar dəvət etmək iqtidarındadır, məsələn, uşaq evlərindən olan uşaqları, hansılara ki, sadəcə bir boşqab şorba deyil, hətta tam menyu təklif olunur.
Eyni sektorda olan yoldaşlar üçün “Anadolunun aksiyası nümunəyə çevrildi: məsələn, Bon Appetit şirniyyat evində səhər saatlarında hər bir pensioner qəhvəaltı üçün havayı kökə ala bilər.
Məsələ burasındadır ki, Azərbaycanda pensiyalar 100-200 dollar arasında dəyişir. Bu məbləğlər haqqda hər hansı bir təsəvvür yaratmaq üçün deyək ki, Bakı-Tbilisi təyyarə biletinə qiymət, və ya dil kurslarının bir aylıq qiyməti, və ya (əgər sizdə kariyesdirsə) diş həkimində iki qəbulun qiyməti yüz dollara yaxın təşkil edir. Buna görə pensionerlər, övladları onlara maddi dəstək deyillərsə, birmənalı olaraq ehtiyacı olanlar sırasına aiddir.
Kommersiya təşkilatlarının xoş məramı aysberqin görünən tərəfidir. “Xeyriyyə məbləğlərinin və səylərinin əsas mənbəyi sosial şəbəkələrdir və onu çoxsaylı xırda fərdi təşəbbüslər təşkil edir.
Xeyriyyəçi Pərvin Quliyeva uzun illərdir ki, ehtiyacı olanların problemləri ilə məşğuldur. O feysbukda “Bir ailəni yedizdir adlı qrup yaratmış, və ərzaq məhsulları və ya bir neçə porsiya əlavə yemək bişirməyə hazır olan, ehtiyacı olanlara yardım etmək arzusunda olan insanları iştirak etməyə çağırır.
Bu əsas ona görə uğurla nəticələnir ki, insanlar yardımın aktuallığını hiss edir: ianə edərkən sən məbləğin ünvanlı xərclənəcəyinə şübhə edə bilərsən; qida tamam ayrı mövzudur. Yardım edənlər heç də cəmiyyətin varlı təbəqəsi deyil. Qrupda “Bizim bugün yeməyimiz ola bilər, sabah isə yox, lakin mən buna baxmayaraq bir-iki əlavə porsiya plov bişirmişəm kimi şərhlər bu qənaətə qəlməyə imkan verir.
Hərrac və xeyriyyə endirimləri Bakı üçün adi hal alıb. Məsələn, fevralın əvvəlində “Eşq hekayəsi adlı əl işlərinin sərgisi keçirilib. “Bizim sərgidən gələn bütün gəlirlər leykoz xəstəsi olan iki yaşlı Şamilov Muradın müalicəsinə xərclənəcək deyir təşkilatçı Ella Bağırova.
Böhran dövründə sosial şəbəkələrdə “Pulsuz verərəm/Bəxşiş kimi qəbul edərəm, “Bir-birinə təmənnasız yardım və s. kimi cəlbedici adları olan qruplar xüsusi populyarlıq qazandı. Tanınmış bakı forumu olan disput.az-da hətta xüsusi fayl yaradılmışdı. Orada istifadəçinin ləqəbi və digərlərinə necə yardım edə biləcəyi göstərilirdi: məsələn, kompüterlərin quraşdırılmasında və İKT sahəsində köməklik, elektrik, sürücü, məişət texnikasının təmiri, həkim konsultasiyası, və daha bir çox bu kimi xidmət növləri. “Yaxşılıq paylaşıram rubrikasında isə ev işlərində yardım, yaşlı insanlara kömək; eləcə də çox dəyərli olan “Özünü tənha hiss edənləri dinləməyə, dərdlərinə şərik çıxmağa və onlara məsləhət verməyə hazıram kimi təkliflər yer almışdı.
Azərbaycanda bütün xeyriyyəçilik fəaliyyəti yalnız sıravi vətəndaşların fərdi iradəsi, zaman və maddi vəsaitlərinin olmasından asılıdır. Bu fəaliyyət dövlət tərəfindən heç bir şəkildə nizamlanmır. Xeyriyyəçilik fəaliyyətinin yeganə mümkün təşkili forması icmalardır, əsas da sosial şəbəkələrdəki icmalar, bir də könüllü hərəkatları.
Qanunverici baza olmadığına görə xeyriyyə təşkilatlarının rəsmi qeydiyyatı da mümkün deyil, halbuki, bu xeyriyyə fəaliyyətini daha stabil və daha səmərəli təşkil olunmuş edə bilərdi. Düzdür, hələ 2013-cü ildə parlamentin Əmək və sosial siyasət komitəsi Milli Məclisə (parlamentə) xeyriyyəçilik və sponsorluq haqqda qanun layihəsi təqdim etməyə hazırlaşırdı, lakin komitetin sədr müavini Musa Quliyevin sözlərinə görə, bu məsələ uğurlu şəkildə unuduldu.
Səbinə Quliyeva könüllüdür və uzun illərdir xeyriyyəçiliklə məşğuldur. O artıq bu çətin işin bütün görünən və görünməyən aspektləri ilə tanışdır.
Onun sozlərinə görə, Azərbaycanda Heydər Əliyev Fondundan başqa heç bir qeydiyyatdan keçmiş xeyriyyə təşkilatı mövcud deyil. Rəsmi məlumata görə isə Fondun fəaliyyəti və məqsədləri çox şaxəlidir: “Ümummilli lider Heydər Əliyevin zəngin irsini rəhbər tutaraq Azərbaycanın inkişafına və xalqın rifahının artırılmasına qulluq edən geniş miqyaslı proqram və layihələrin keçirilməsində köməklik; elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində layihələrin işlənilməsi və həyata keçirilməsi, eləcə də, bir sıra digər məsələlərlə yanaşı, “yerli sosial problemlərin həllində iştirak, xüsusi qayğıya ehtiyacı olan insanlara yardım.
Səbinə xanımın dediyinə görə Fondun konkret insanlarla bağlı xeyriyyə aksiyaları vəziyyətin kritik olduğu göz önündə olduğu təqdirdə baş verir. Buna misal olaraq yay hovuzunda istirahət edən zaman az qala hər iki ayağını itirmiş İmran Cəfərzadənin müalicəsində göstərilən koməyi, və ya sosial şəbəkələrdə dəstək qrupu minlərlə insandan ibarət olan onkoloji xəstə Zaur Rəşidovun müalicəsində edilən yardımı göstərmək olar. Hər iki hadisə ictimaiyyətin diqqət mərkəzində idi. Fond yardım etməyə qərar verirsə, həmin təqdirdə onlar bütün xərcləri öz üzərinə götürür. “Lakin onlara yardımla bağlı müraciət üçün uzun zaman və təkidlə qapıların döymək gərəkir. Bəzən isə müraciət nəticəsiz qalır.
Xeyriyyəçilik məsələlərində sığınacaqların olmamasını Səbinə xanım ən böyük problem hesab edir. Məsələn, könüllülər küçədə adını belə xatırlamayan, yaddaşını itirmiş yaşlı insanlarla rastlaşır. Bəzən onları Bakının yaxınlığındakı Maştağa qəsəbəsindəki Psixonevroloji dispanserə göndərməyə məcbur oluruq. Lakin bu dispanserin gerontologiya şöbəsində yalnız altmış nəfər üçün yer nəzərdə tutulub, halbuki hal-hazırda burda 86 nəfər məskunlaşıb. Həqiqətən yardım göstərə biləcək müəssisələrin sayı çox azdır.
Arabir evsizləri Katolik kilsə nəzdində olan Müqəddəs Tereza Sığınacağında yerləşdirmək mümkün olur. Bu sığınacaqda pulsuz şəkildə bütün lazımi olan tibbi yardım göstərilir, yemək almaq, yuyunmaq, paltarlar yumaq olar, lakin bu müəssisə də özündə cəmi 20-25 nəfər sığdıra bilir.
Uşaqlara gəldikdə isə, Səbinə Quliyevanın sözlərinə görə burada vəziyyət nisbətən yaxşıdır, amma bu yalnız Bakıya aiddir. Paytaxt internat və uşaq evləri Təhsil Nazirliyinə verildikdən sonra vəziyyət yaxşılaşıb: “Biz əvvəllər uşaq evlərindən olan körpələr üçün pal-paltar yığırdıq, -deyir Səbinə xanım,- lakin indi gəlib görürük ki, buna bir o qədər də ehtiyac yoxdur, lazım olan pal-paltarla uşaqlar təmin olunur. Şirniyyata gəldikdə isə, onlar təbii ki, şirniyat yeməyi sevir, amma qidanın üstünə atılmırlar. Bunu regionlar haqqda demək olmaz. Biz Göyşay rayonundakı uşaq evinə getmişik, orada uşaqlar az qala qapıları sındıraraq masanın üstündəki yemək və oyuncaqlara hücum edirdilər. Rayonlarda uşaq evləri və internatlar hələ də İcra Hakimiyyətinin yerli orqanlarının nəzdindədir; görünür, onların acınacaqlı vəziyyətdə olmasının səbəbi budur.
Səbinə dəfələrlə fəaliyyəti üçün hüquqi əsas almağa cəhd edib: “Mən üç dəfə Ədliyyə Nazirliyinə qeyri-hökumət təşkilatı qeydiyyata aldırmaq üçün müraciət etmişəm. Lakin hər dəfə mənə yöndəmsiz bəhanələrlə imtina edilib: bir dəfə dedilər ki, təşkilatın adı başqa təşkilatın adını təkrarlayır; o biri dəfə sənədlərimizi təsdiq etdirdiyimiz notarial kontorun şəhərin digər rayonunda yerləşməyi xoşlarına gəlmədi. Beləcə səylərimiz nəticəsiz qaldı.