Armen Sarqsyan, Yerevan
Şəxsi köməkçilərin elektron əsri: Aleks və Çarliyə etibar etməyə dəyərmi?
1830-cu ildə Mançesterlə Liverpul arasında ilk dəfə dəmir yolu əlaqəsi yarandı. Atların təəccüb və faytonçuların qəzəb dolu baxışları altında parovoz ilk “müştəri qrupunu daşıyırdı. Fayton sahibləri çox tez anladılar ki, onları nə gözləyir. Dəmir monstrlar onları məhv edəcək, onların axırı yaxınlaşır. Hətta bir faytonçu “Taymsda məqalə dərc etdirdi, məqalə bu sözlərlə bitirdi:
“Sözsüz ki, insanlar fayton əvəzinə qatardan istifadə etsələr, vaxta qənaət edəcəklər. Amma sizə sualım var: həmin o boş vaxt ərzində onlar nə ilə məşğul olacaqlar?
Lap yerində verilmiş sualdır. Xüsusən də… bir sözlə, bizim hamımız üçün. Boş vaxtımızı biz adətən daha çox boş vaxt tapmaq barədə düşüncələrə sərf edirik.
Misal üçün, çox məşğul olan Ermənistanın Səhiyyə nazirinin səkkiz müşaviri və iki köməkçisi var ki, o öz işini yerinə yetirə bilsin. Bu on nəfərin işini təşkil etmək üçün nə qədər vaxt sərf etməsi isə başqa bir məsələdir. Daha bir sual: nə qədər insan onların dövlət büdcəsindən orta hesabla 300 min dram ($626) həcmində maaşla təmin edilməsi üçün işləyir.
Özümüzü həddən artıq məşğul olan nazirlərlə müqayisə etmək istəməzdim, amma bizim də vaxtla bağlı problemlərimiz olur. Misal üçün, yatmağa hazırlaşdığımız vaxt birdən təcili olaraq Saqqalı Henrixin nə vaxt öldüyü, soğanın hansı yeddi möcüzəli keyfiyyətə malik olduğu, niyə bu keyfiyyətlərin məhz yeddi dənə olduğu və qiyməti 849 min dollar olan vazanın necə sındığı barədə məlumat almağımız gəlir (axtarmayın, cavab yazının axırında olacaq). Bunun üçün də əla imkan var:
OK, Google…
Köməkçiyə sahib olmaq arzusu indi asanlıqla gerçəkliyə çevrilə bilir. Bu, pulsuz deyil, amma xərclər 300 min dramdan az olacaq. Çarələrdən biri Aleksa ola bilər. Tam adı Amazon Echo-dur.
Balaca qaraşın Aleksa sizə qulaq asıb, cavabları tapacaq, musiqi qoyacaq, saatın zəngini quracaq, kitab oxuyacaq, hava haqqında məlumat verəcək, pizza sifariş edəcək, sabaha cədvəl tərtib edəcək.
Əla, çox gözəl. Amma Aleksa heç nə etməsəydi, böyük bir yaxşılıq etmiş olardı: onda bizim daha çox boş vaxtımız olardı. Yuxudan daha gec oyanmaq imkanı da nəyə desən dəyər! Aleksanın qiyməti isə 140 dollardır.
Google-dan Emu artıq qazanılmış boş vaxtı sərf etməyin əla üsuludur. Emu diqqətlə, ən əsası da sakitcə sizin telefon yazışmanızı izləyir və lazımi anda “müdaxilə edərək, öz təklifini irəli sürür. Tutaq ki, siz hansısa filmin adını çəkəndə Emu dərhal ona baxmağı təklif edir, ən yaxın kinoteatrda bilet sifariş edir, şəhərinizdəki tıxac xəritəsi ilə sizi təmin edir və qonşuluqda bir kafe də məsləhət görür ki, orada kinonu müzakirə edə biləsiz. Erməni versiyasına təbii ki, “asudə vaxtınızın daha səmərəli keçməsi üçün istirahət otaqları da əlavə olunacaq.
Emudan fərqli olaraq Çarli biznes əlaqələrinin möhkəmləndirilməsində kömək edir. Bu köməkçi kontaktlarınız siyahısında adları və soyadlarını tapır, onları müstəqil şəkildə tutuşdurur, görüşməli olduğunuz insanların xüsusi “dosyesini tərtib edir. Bura onların “Facebook sosial şəbəkəsində son statusları, “Twitterdə follower-lərinin sayı, daha fəal dostların siyahısı, təşkilatların göstəriciləri daxildir. Bütün bunları Çarli görüşdən bir neçə dəqiqə əvvəl göndərir ki, ən azı internetdə kimin kim olduğunu biləsiz.
Şəxsi köməkçilər: müxtəlif emular, çarlilər, donnalar, aleksalar, kortanalar sadəcə bizə lazım olanları təklif edirlər. Amma adətən biz özümüz də nə istədiyimizi bilmirik: kinoya gedək, işləyək, yoxsa dincələk? Və ya ən nəhayət milyon dollarlıq qiyməti olan vazanın necə sındığını öyrənmək istəyirik.
Yeri gəlmişkən, bu insident haqqında. 42 yaşlı Nik Flin İngiltərənin muzeylərindən birində səhv mərtəbəyə çıxdığını başa düşür. Aşağı qaçır və ayağı indicə alınan və müvəqqəti olaraq pəncərə altına qoyulan, qiyməti 849 min ABŞ dolları olan Çin vazasına ilişir. Bu zaman da Google, Aleks və Çarlinin dincəlmək və əylənmək növbəsi çatır…
Dərc olunub: 30.11.2016