Armen Sarqsyan, Yerevan
Erməni mətbuatında bu yaxınlarda Mendeleyev cədvəlinə daha dörd yeni elementin daxil edilməsi haqda məlumat yayıldı. Bu elementlər Rusiyada Flerova adına Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ABŞ və Yaponiyanın əməkdaşlığı ilə kəşf edilib.
Elementlər şərti olaraq ABŞ-dakı Tennesi ştatı (Tn – tennessine), Yaponiya (Nh – nihonium), Moskva (Ms – moscovium) və bir akademikin şərəfinə (Og – oganesson) adlandırılıb.
Bu siyahıda erməniləri daha çox Og- ohanesson maraqlandırıb, çünki laboratoriya rəhbəri akademik Yuri Ohanesyanın şərəfinə adlandırılıb.
Yuri Tsolakoviç Ohanesyan, foto: İtar-Tass
Ohanesson olmasaydı, bizi bu məlumat çətin maraqlandırardı. Daha çox cədvəlin yeni “sakinləri məktəb şagirdlərini məyus edəcək: əzbərlənəsi az şey varmış kimi. Bu yeni elementlərin daha kimin gərəyinə lazım ola bilməsi bizi az maraqlandırır.
Sözün düzü, bunda bizim günahımız yoxdur. Təsəvvür edin ki, hansısa alim sizə işığın atom buxarlarında informasiyanı necə saxlaması və ötürməsi barədə danışır. Nə olsun ki? Bu, kimə maraqlı ola bilər? Ancaq başqa alimə.
Ancaq bu təcrübədən 35 il sonra hansısa LCD-televizor yaradılsa (əslində belə də olub), biz təmiz vicdanla onun yaxşı keyfiyyətindən həzz alacağıq. Həmin alimlə bu haqda danışmağa çalışsaq, artıq o deyəcək ki, nə olsun ki? Alim üçün bu, fokusçunun işinə onun kürəyinin arxasından baxmağa bənzəyir.
Misal üçün, xinidindən xinolun sintezi bizdə xüsusi bir emosiya yaratmır.
1886-cı ildə bu təcrübəni ilk dəfə Cakomo Luici Çamiçyan keçirib. Bununla da o fotokimyanın atası, bərpa olunan enerjinin xaç atası və nəhayət, günəş enerjisinin babası oldu. İndi də bu, bizi çox maraqlandırır. Çünki məhz erməni əsilli alim Cakomo Çamiçyan 1912-ci ildə dünya elmi və iqtisadiyyatında inqilab yaradıb.
Çamiçyan sübut edib ki, gələcəkdə (yəni indi) günəş enerjisindən istifadə etmək mümkün olacaq. Dünyada “yaşıl kimyanın mərkəzi hesab olunan Bolon universitetinin kimya fakültəsi bu gün dünya səviyyəli alim Cakomo Luici Çamiçyanın adını daşıyır.
O, vəfat edəndə universitet tələbələri və müəllimləri alimin cənazəsini öz çiyinlərində bütün şəhərin içi ilə aparıblar. Mərasimin keçdiyi küçələrdən biri Çamiçyanın şərəfinə adlandırılıb. Çamiçyan adına küçələr İtaliyanın 4 şəhərində – Paduya, Triest, Roma və Bolonyeda var.
Biz əlbəttə ki, günəş enerjisinin xaç atasının erməni əsilliyi ilə fəxr edir, amma Rusiya qazını ağlasığmaz qiymətlə almaqda davam edir, neftin qiymətini izləyir və valyuta məzənnəsinin tərəddüdlərinə görə narahat oluruq. Narahat olur, ah çəkir və yolumuza davam edirik.
Dünya şöhrətli alimlər öz tərcümeyi-hallarında həmişə öz ilhamçılarının adlarını qeyd edirlər. Kosmos, Zaman və Böyük Partlayış məsələləri üzrə nəzəriyyəçi Stiven Xokinq özünün məktəbdəki riyaziyyat müəllimi Dikran Tatanın – Tiqran Tatabrunyanın adını çəkib.
“Dikran Tatanın sayəsində mən Kembric universitetində riyaziyyat üzrə professor oldum. Bu vəzifəni bir vaxtlar İsaak Nyuton tuturdu.
1958-ci ildə Dikran Tata sındırılmış saat və köhnə telefonun siferblatından öz şagirdi üşün kompüter düzəltdi. Xokinq onda ilk dəfə düşündü ki, Kainatın necə yarandığını izləmək üçün Zamanı “sökmək və yığmaq mümkündür. Dərinə getməyək. Gördüyünüz kimi, şərait xüsusi rol oynamırdı – fiziki kosmologiyanı sınmış telefonda da öyrənmək olardı.
Aştarakda yerləşən Fiziki Tədqiqatlar İnstitutunun direktoru Aram Papoyan bir dəfə mənə qaranlıq və soyuq 90-larda, Ermənistanda enerji böhranı olduğu zaman, qışda otaq temperaturunda maddənin sərfi üzrə təcrübə apardığını danışdı, bu təcrübənin nəticələrini də o, Parisdə təqdim etdi.
Heç kim onun təcrübəsinin nəticələrinə inanmadı. Avropalı alimlər otaqda, yəni 21 dərəcə temperaturda sərfin bu qədər asta gedə biləcəyini mümkünsüz saydılar. Aram Papoyan fizikanı bir kənara qoyub, kiçik bir “tarixi ekskurs edərək, izah etməli olub ki, bizdə böhrandır – evlərdə və iş yerlərində nə qaz, nə də işıq yoxdur, otaqlarımızdakı temperatur da onlarda olduğu kimi 21 dərəcə deyil, 0 dərəcədir və belə bir şəraitdə biz yaşamalı və işləməli oluruq. Bu, avropalıları təcrübənin nəticələrindən daha çox təəccübləndirdi.
Bilmirəm, bu təcrübənin nəticələrini ümumiyyətlə anlaya bilərikmi. Aram Papoyan tez-tez mənə izah edirdi ki, bu təcrübə alınsa, bütün rentgen aparatları “lazımsız oyuncaqlara çevriləcək.
Aram Papoyan, foto: boon.am
Bu haqda o mənə iyulda institutun ərik bağında danışıb, havada əsl “kosmik ətir yayılmışdı. Bizdən bir neçə addım aralıda kristalların fizika laboratoriyasında işığın istiqamətini dəyişməsi üzrə təcrübələrin keçirildiyi inanılmaz görünürdü. İndi də mən ohanesson, xinol və yaşıl kimya barədə eşidəndə, özümü… Aştarakdakı ərik bağında hiss edirəm.
Dərc edilib: 29.06.2016