Armen Sargsyan, Yerevan
İnsanlar telefonla musiqiyə qulaq asır, kitab oxuyur, xəbər alır, ötürür, oynayır, bəzən film çəkir… Düzdür, hərdən də zəng edirlər. Telefon bizi zəngli saat, layla ilə təmin edir, xatirələrimizi saxlayır, emosiyalarımızı gizlətməyə və ya ifadə etməyə kömək edir.
Yeni nəsil üçün telefon texniki əlavədən bədən üzvünə çevrilib ki, bu da öz fəsadlarını göstərir. 2013-cü ildə Amerika Psixologiya Assosiyasiyası illik soraq kitabçasına yeni əqli pozuntular bölməsi əlavə edib.
Psixoloqlar yeni müasir fobiya növünü “aşkarlayıb, ona nomofobiya (nomophobia) adı veriblər – bu, ingiliscə “no mobile phone phobia (mobil telefonun olmaması qorxusu) ifadəsinin qısaldılmış formasıdır. Yeni fobiyanın artıq rəsmi qısa tərifi də var:
Nomofobiya (isim) – mobil telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmadığı halda yaranan anormal, irrasional vəziyyət və telefon şəbəkə xidməti xaricində olarkən narahatlıq hissi.
Nomofobiya terminini mən ilk dəfə 2015-ci ildə Moskvada eşitdim. Mediasavad üzrə elmi konfrans zamanı ispan professoru Çaro Sabada bildirdi ki, smartfondan asılılığın artıq rəsmi adı var: nomofobiya.
Fasilə vaxtı mən yeni fobiyanın hansı simptomlarla müşayiət olunduğunu öyrənmək üçün Navvara universitetinin kommunikasiya və yeni media fakültəsinin müəllimini qəhvəyə dəvət etdim. Çaro Sabada mənə ən yeni əqli pozuntunun dörd simptomunu sadaladı:
Çaro Sabada, Navvara universitetinin müəllimi, foto universitetin saytından götürülüb
– telefonu hətta bir neçə dəqiqəlik söndürməkdən imtina;
– buraxılan zəngləri görməməklə bağlı narahatlıq;
– akkumulyatorun dolma səviyyəsini daimi izləmək istəyi.
Dördüncü simptomu xanım Sabada qəmgin təbəssümlə deyir – telefonu mütləq qaydada özünlə ayaqyoluna götürmək vərdişi. 2013-cü ilin aprel ayında, nomofobiyanın hələ xəstəlik kimi rəsmi qeydiyyatdan keçirilmədiyi vaxtlarda, Cənubi Koreyada bu simptomlarla ilk pasient xəstəxanaya düşdü – 19 yaşlı Emma Yun (ad dəyişdirilib). Qızın valideynləri şikayət edirdilər ki, qız “məktəbi, dərsləri atıb, yeməyi telefona çəkməmiş yeyə bilmir…
BBC yazır ki, gənc qız öz vəziyyətini belə təsvir edib: “Hər dəfə telefonu unudanda ürəyim bərk döyünməyə başlayır, ovcumun içi tərləyirdi.
Bu zaman telefonu itirmək qorxusu ilə unutmaq qorxusunu fərqləndirmək lazımdır. Telefonu itirmək qorxusu tamamilə anlaşılan bir hissidir, xüsusən də Ermənistanda, axı çox güman ki, o kreditlə alınır və deməli, “rəsmi olaraq hələ ki, tam sənə məxsus deyil.
Telefonla bağlı daha bir “erməni sayağı qorxu var. Bu da “kontursuz qalmaq qorxusudur, həmin qorxu gələcəyin nomofoblarını dünya, valideynlər və ya rəfiqənlə əlaqə saxlamaq üçün heç olmasa bircə “çağırış üçün kifayət edən məbləği saxlamağa vadar edir.
Özündə nomofobiya simptomlarını hiss edənlərə aşağıdakı onlayn-testdən keçməyi təklif edirik:
Nomofobiyanın olub-olmadığını yoxlayan onlayn-test
Nomofobiyaya həsr edilən saytda cəmi bir neçə dəqiqə keçirmək kifayətdir ki, XXI əsrin ən gənc xəstəliyinə yoluxub-yoluxmadığınızı biləsiz.
Dərc edilib: 02.05.2016