Azərbaycanlı ekspert: “DQ Qərb üçün qırmızı xətt deyildi, amma Ermənistan ola bilər”
Arif Yunusov ermənilərin reinteqrasiyası haqda
Azərbaycanlı konfliktoloq Arif Yunusov hesab edir ki, Azərbaycanın 19-20 sentyabr tarixlərində Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatlar “Qərbi qətiyyən şoka salmayıb, sadəcə bir daha naxoş təəccübləndirib”. “Azatutyun” (Azadlıq) radiosuna müsahibəsində o, Qərb tərəfdaşlarının Qarabağ hadisələrinə münasibətinin təbii olduğunu bildirib. Bu halda onlar hərbi əməliyyatların Azərbaycanın ərazisində getdiyi fikrini hakim tutublar. Lakin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə soxulmasını “qırmızı xətt” kimi qiymətləndirə bilərlər.
“Əgər Qarabağda döyüşlərin Azərbaycan ərazisində baş verdiyini deyə biləriksə, çünki qanuni olaraq Azərbaycanın ərazisidir, yox əgər deyək ki, “Zəngəzur dəhlizi” ətrafında nəsə baş verərsə, harada və nə olursa olsun, bu, Azərbaycanın Ermənistana təcavüzü olacaq. Vurğulayıram ki, çox da əmin deyiləm, amma bax o zaman Azərbaycana qarşı daha təsirli addımlar atıla bilər. “Addımlar” isə sanksiyalar məsələsidir”.
Arif Yunusov Qarabağ münaqişəsi üzrə ekspert və keçmiş siyasi məhbusdur. Azərbaycan hakimiyyəti onu ermənilərin xeyrinə casusluqda ittiham edib. 2016-cı ildə o, Hollandiyadan siyasi sığınacaq istəyib və o vaxtdan bəri Azərbaycanda yaşamır.
Arif Yunusovun müsahibəsində səsləndirdiyi əsas tezislər
- “Qarabağdakı proseslər siyasi həbsləri kölgədə qoyub”
- İlham Əliyev: “Biz öz torpaqlarımızı qaytarmışıq”
- Bakı qalib gəldi, ermənilər Qarabağı tərk edir. Sonra? Bütün münaqişə tərəflərinin baxışı
Ukraynadakı kimi reaksiya olmayacaq
Yunusov yenə də hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana hücum edəcəyi təqdirdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcında müşahidə olunan ciddi reaksiya olmayacaq. Ukraynada Rusiyaya qarşı olduğu kimi Azərbaycana qarşı da “qoşun və ya daha ciddi bir şey” göndəriləcəyini gözləmək də lazım deyil.
“Ola bilsin ki, indi gördüyümüz kimi, fransızlar Ermənistana, məsələn, hərbi texnika və ya kəşfiyyat sahəsində kömək etməyə başlayacaqlar. Amma hələlik bu, daha çox söz səviyyəsindədir”, – deyə o, aydınlıq gətirib.
Ekspertin fikrincə, hazırda biz Aİ-nin müşahidə missiyasının əhəmiyyətli dərəcədə genişləndirilməsi yolu ilə Ermənistan-Azərbaycan sərhədinin möhkəmləndirilməsinə ümid edə bilərik. Bundan əlavə, o hesab edir ki, Əliyevə gizli təzyiqlər var ki, o, “Putinin əlində alət rolunu oynamağa davam etməsin”.
Bakının reinteqrasiya proqramı ermənilər üçün deyil, Qərb üçündür
“Əliyev açıq deyə bilməz ki, Qarabağ ermənilərlə birlikdə mənə lazım deyil. Ona görə də ermənilərin reinteqrasiyası planı ilə oyunlar oynamağa başlayıblar. Kimin yenidən inteqrasiya olunacağı bəlli deyil”.
Yunusov deyir ki, Azərbaycanın təqdim etdiyi reinteqrasiya proqramı ermənilər və ya onun daxili auditoriyası üçün deyil, Qərb üçün nəzərdə tutulub. Onun sözlərinə görə, buna ehtiyac var ki, Azərbaycan hakimiyyəti onlara qarşı tənqidi fikirlər səsləndiriləndə desin:
“Onlar özləri qaçdılar, əksinə, biz hətta qalmağı xahiş etdik, yemək verdik. Amma qaçdılar. Biz onları geri istəyirik. Bizim hətta reinteqrasiya planımız var, hətta Qarabağ ermənilərinin sosial-iqtisadi problemləri ilə məşğul olacaq xüsusi komissiyamız da var”.
Ekspert bu proqramı təbliğat addımı hesab edir. Onun sözlərinə görə, Bakı onun köməyi ilə Qərbə “ermənilərin qayıtması üçün hər şeyi etdiyini” göstərməyə çalışır.
Amma reallıqda, Yunusovun fikrincə, ermənilərin Dağlıq Qarabağ ərazisinə qayıtması “möhkəm təhlükəsizlik zəmanəti olmadan qeyri-realdır”.
“Jurnalistlərə zarafatla dedim ki, ermənilərin yeni kateqoriyası var – meşə erməniləri”
Demək olar ki, bütün erməni əhali Dağlıq Qarabağdan getdikdən sonra oradakı Rusiya sülhməramlılarının indi kimləri qoruyacağı sualı yarandı. Yunusov hesab edir ki, Bakı və Moskva onları orada saxlamaq üçün səbəb axtarır:
Demək olar ki, bütün erməni əhali Dağlıq Qarabağdan getdikdən sonra oradakı Rusiya sülhməramlılarının indi kimləri qoruyacağı sualı yarandı. Yunusov hesab edir ki, Bakı və Moskva onları orada saxlamaq üçün səbəb axtarır:
“Ötən gün Əliyev dedi ki, bəzi erməni partizanları hələ də meşələrdə gəzir, ona görə də Rusiya qoşunları orada qalacaq”.
Azərbaycanlı ekspert deyir ki, meşələrdə olan bu ermənilərin kim olduğunu heç kim bilmir, lakin onları “qorxulu adamlar” kimi təqdim edirlər və iddia edirlər ki, onlara görə Rusiya ordusu bölgədə qalmalıdır.
“Bizim münaqişə və region prioritet deyil”
Yunusovun fikrincə, Qərbin Cənubi Qafqazla bağlı mövqeyi Rusiya ilə qarşıdurmaya əsaslanır və onun vəzifəsi Rusiyanı regiondan sıxışdırmaqdır.
“Avropada real siyasət anlayışı var. Yəni simpatiya və ya antipatiya bir şeydir, real maraqlar başqa şeydir. Real maraqlar isə diktə edir ki, indi əsas məsələ Rusiya ilə bağlı problemləri həll etməkdir, çünki biz regionumuzdan danışanda Əliyev-Putin tandemindən danışırıq”.
Konfliktoloq hesab edir ki, dünya prioritetləri siyahısına Rusiya və Ukraynadan başqa, Yaxın Şərq, İran və hazırda Fələstin daxildir.