Aprelin 24-də Ermənistan Osmanlı İmperiyasında erməni genosidi qurbanlarını anır
İkinci gündür ki, Osmanlı İmperiyasında erməni genosidi qurbanlarının xatirəsinə Yerevanda Sisernakaberd təpəsində ucaldılmış Memorial Kompleksinə insan axınının arası kəsilmir. İnsanlar əbədi məşələ çiçək gətirərək 20-ci əsrin əvvəllərində baş vermiş qorxunc faciənin olmuş milyon yarımlıq qurbanlarını yad edirlər.
Genosid qurbanlarının Anım Günü münasibətilə öz çıxışında Serj Sarqsyan bildirib ki, “köçürülmə adı altında həyata keçirilən qırğın Osmanlı İmperiyasının dövlət planı olub”.
Onun sözlərinə görə, ermənilərin maddi, mədəni və siyasi itkiləri ölçüyə gəlmir, amma ən böyük itki qədim, zəngin və özünə xas sivilizasiyanın daşıyıcıları olan insanlardı.
“1915-ci ilin həmin dəhşətli günündən bir əsrdən çox vaxt keçib. Biz bilirik, bu müddətdə nələrdən keçmişik və bilirik ki, ölümə qalib gəlmişik. Bir daha imkan vermərik!”, – Serj Sarqsyan bildirib.
Ötən gün Yerevanda EİF “Daşnaksütun” partiyasının gənclər qanadının hər il təşkil etdiyi məşəl yürüşü növbəti dəfə baş tutdu. Ənənəyə uyğun olaraq yürüş Türkiyə bayrağının yandırılması ilə başlayıb.
Erməni genosidi Avropa Şurasi, Avropa Parlamenti, Kilsələrin Ümumdünya Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınıb və qınanıb. Erməni genosidini tanımış ölkələr sırasında Kanada, Argentina, İsveçrə, Avstriya, İtaliya, Rusiya, Belçika, Fransa, Polşa, Slovakiya, Hollandiya, Uruqvay, Yunanıstan, Kipr, Vatikan, Almaniya, Livan, ABŞ-ın 48 ştatı var.
Ermənistan dünya ölkələrini 1915-ci il hadisələrini genosid kimi tanımağa çağırmaqda davam edir. Türkiyə bu faktı tanımır, “genosid” ifadəsinin istifadəsinə qarşı mübarizə aparır və israrla bildirir ki, insanlar Birinci Dünya Müharibəsi gedişatında hərbi əməliyyatlar və qarşıdurma nəticəsində həlak olub.
Erməni ekspertləri hesab edir ki, 100-cü ildönümü və Roma Papasının bəyanatı genosidin tanınması üçün aparılan uzun kampaniyanın dönüş anı olub.
Erməni Genosidi Muzey-İnstitutun direktor müavini Suren Manukyanın fikrincə, hazırda genosid faktının tanınması üçün diplomatik səyləri davam etdirmək vacibdir: “Genosidin yüz illiyinə həsr olunmuş tədbirlərdən sonra top səfirliklərə ötürülüb, hansılar ki, əllərinin altında yaxşı start mövqeyinə sahib olaraq, hər gün siyasətçilərlə, ictimaiyyətlə və öz ölkəsinin mətbuatı ilə işləyəcəklər”.
Bu gün erməni-türk münasibətləri dondurulub, iki ölkə arasında sərhəd bağlıdır. Diplomatik münasibətlər və iqtisadi əlaqələr yoxdur. Türkiyə hələ də Osmanlı İmperiyasında erməni genosidi faktını inkar edir, bu ölkənin sözügedən məsələni qaldırmağa cəhd edən vətəndaşları isə qanunla təqib olunur.