Aleksey Navalnı baş tutmayan qatili ilə danışıb
Rusiya müxalifətinin lideri Aleksey Navalnı Konstantin Kudryavtsevlə telefon danışığının videosunu və mətnini yayıb. Navalnının bildirdiyinə görə, bu adam dörd il müddətində hər yanda onu izləyən Rusiya Federal Təhlükəsizlik Xidmətinin 8 əməkaşından ibarət qrupa daxildir.
Avqustda onlar “Noviçok” zəhərləyici maddəsindən istifadə edərək Navalnıya qarşı sui-qəsd həyata keçiriblər.
Bu 8 nəfərin üzə çıxarılması haqda jurnalist araşdırmasını eyni zamanda “Der Spiegel”, “CNN”, “The Insider”, “El Pais” kimi nüfuzlu media orqanları aparıb və dərc edib.
- “Noviçok” kimyəvi silahının hazırlandığı Rusiya kəndindən fotoreportaj
- Artıq Putin Rusiyada ömürlükdür, ruslar isə federasiyada əsas xalqdır. Konstitusiya dəyişdi
Orada bildirilir ki, son 4 il ərzində FTX əməkdaşlarından ibarət qrup Navalnını hər yanda izləyib və ən azı iki dəfə onu zəhərləməyə çalışıbıar.
Navalnı bildirir ki, bu araşdırma dərc olunduğu gün o və onun tərəfdarları ehtimal olunan sui-qəsdin səkkiz iştirakçısının hər birinə zəng vurublar.
Onlardan biri, hərbi kimyaçı və FTX əməkdaşı Konstantin Kudryavtsev ilə şəxsən Navalnı danışıb və özünü Rusiya Təhlükəszilik Şurasının katibi Nikolay Patruşevin köməkçisi kimi təqdim edib. Zəng telefon nömrələrini dəyişən kompüter proqramı vasitəsilə edilib – real nömrə FTX nömrəsi ilə əvəzlənib, buna görə də həmsöhbəti Navalnıya inanıb.
Navalnı Konstantin Kudryavtsevdən xahiş edib ki, sui-qəsd zamanı hansı səhvlərə yol verildiyini təhlil etsin. Kudryavtsev inanıb, Navalnını izləmə faktlarını və ona qarşı sui-qəsdi təsdiqləyib.
Navalnı bildirir ki, sadə kriminalistik ekspertiza bu səs yazısının həqiqiliyini təsdiq edə bilər.
Rusiya FTX-da artıq Navalnının bu paylaşımını “planlaşdırılmış təxribat” adlandırılıb.