Ajiotaj: devalvasiyadan sonrakı gün
Bu bazar ertəsi manat 50%, fevraldan bu yana isə iki dəfə ucuzlaşdı. Əvvəl dolların qiyməti 77 qəpik idisə, bu gün 1,55 manatdır.
“Dünən iki növbə işləmişəm, bu gün də elə olacaq, – supermarketdəki satıcı deyir, – Alıcı çoxdur, elə bil Yeni il qabağıdır. Ancaq şəkər, yumurta, un, makaron, qarabaşaq, başqa yarmalar, xarab olmayan hər şey alırlar. Dünən anbardan üç dəfə təzə yumurta gətiriblər – hər şey qısa müddətə satılır.
Supermarketlərdə adamlar həqiqətən də çoxdur. Bəzi rəflər artıq boşdur. Demək olar ki, heç yerdə yumurta, qarabaşaq və şəkər qalmayıb. Rəflərdə ancaq bahalı makaronlar qalıb. Supermarketlər qiymətləri hələ qaldırmayıb, amma bunu elektron texnikası mağazaları haqqında demək olmaz.
Ötən dəfə manat düşəndən sonra olduğu kimi ən operativ reaksiyanı “Music Gallery mağazalar şəbəkəsi verdi. O səhərdən bağlandı və satıcıları qarovul qoydu ki, onlar şəkil çəkməyə imkan verməsinlər. Digər əksər mağazalar da eyni cür hərəkət etdi. Elektron texnikası tamamilə gətirmə maldır və bilavasitə manatın dollara nisbətən məzənnəsindən asılıdır.
Özünün “müdrik qiymət siyasətiylə məşhur olan “Azal aviaşirkəti də özünü çox gözlətmədi və biletlərin qiymətini iki dəfə artırdı. Tbilisiyə bir tərəfə 99 manat olan bileti indi 210 manata satırlar. Dəmir yol vağzalında misilsiz ajiotaj yaşanır. Adamlar sanki hamısı birdən istənilən başqa ölkədə Yeni ilin onlara daha ucuz başa gələcəyini düşünüb, bilet almağa tələsdilər.
Siqaret çəkənlər üçün də vəziyyət pisləşib. İki gündür ki, siqaret almaq çətinləşib. “Mən şəhərdə neçə dənə köşkə getdim, hər yerdə siqareti ancaq dənə-dənə satırlar, – biri şikayət edir, – ancaq supermarketdə uzun növbədə durandan sonra siqaret ala bildim, o da mənə həmin dəqiqə dedilər ki, ancaq bir qutu ala bilərəm, artıq almağa heç hazırlaşmırdım da. Növbəti gün siqaretlər supermarketlərdə də yığışdırıldı.
İki gündür ki, əksər apteklər bağlıdır, bəzilərində isə bir neçə dərmanı rəflərdən yığışdırıblar. “Mən həmişə dərmanı bu aptekdən almışam, indi də deyirlər ki, onlar hələ gətirilməyib, – təqaüdçü Fəridə şikayət edir. – Doğrusu, mən onlara inanmıram, axı dərman birdən birə bazar ertəsi qurtara bilməzdi. Mən özüm bu yaxınlarda insult keçirmişəm və mənə çoxlu dərman lazımdır, heç bilmirəm, onları yenidən satışa çıxaranda neçəyə satacaqlar.
Daha bir ajiotaj elementi valyuta mübadiləsi məntəqələridir. Bazar ertəsi onların bəziləri işləmirdi. İkinci gün onlar açıldı, amma artıq dollar satmırlar. “Bizdə dollar yoxdur, – aviakassaların yanındakı mübadilə məntəqəsində indicə bir neçə yüzlük alan kişi deyir.
Bazar ertəsi üçün “Vosmoyun bazarında (şəhərin ən iri bazarında) adamlar adətindən çoxuydu. Burada qiymətləri qaldırmadılar, dükanları bağlamadılar, malı gizlətmədilər. Bir sözlə, hər şey köhnə qaydayla gedirdi. “Biz problemlərdən şikayət etmirik, – turşu satıcısı deyir. – Axır vaxtlar alıcılar əvvəlkindən də çoxdur. Hələ ki, qiymətləri qaldırmırıq, elə əvvəlki kimi satırıq.
“Sədərək ticarət mərkəzində isə manatın məzənnəsinin düşməsi bir çoxlarını biznesi tamamilə bağlamağa məcbur etdi. Bu yaxınlara qədər Azərbaycan ticarətinin döyünən ürəyi olan nəhəng bazar, harada ki tikinti materiallarından tutmuş alt paltarına qədər hər şey almaq mümkünüydü, yavaş-yavaş boşalır. Satıcılar tələbatın olmamasından, icarə haqqının həddən artıq böyük olmasından şikayət edirlər, bir sözlə, alver etmək artıq sərfəli deyil.
Ekspertlər, adi adamlar, mağaza satıcıları – hamı devalvasiya və onun son olmayacağından danışırlar.
Ölkə rəhbərliyi hələ ki, bəyanatla çıxış etməyib. Bazar ertəsi prezident tibb institutlarından birinə baş çəkdi, çərşənbə axşamı Türkiyə parlamentinin spikeri ilə görüşdü.
Mərkəzi bankın rəsmi bəyanatında deyilir ki, devalvasiyaya səbəb neftin qiymətinin aşağı düşməsidir. Bununla belə, manatın fevralda düşməsindən sonra olduğu kimi, indi də heç kim manatın bu cür böyük sıçrayışla düşməsi və niyə hər sıçrayışdan əvvəl Mərkəzi bankın heç bir faciəvi vəziyyətin gözlənməməsi ilə bağlı açıqlama ilə çıxış etməsinin səbəbini izah etmir.