Aİ: Gürcüstan makromaliyyə yardımının şərtlərinə əməl etməyib. Hakimiyyət: bizə yardım lazım deyil
Avropa İttifaqı Gürcüstana makromaliyyə yardımını dayandırır
Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyəti bildirib ki, ölkə hökuməti makromaliyyə yardımının şərtlərinə əməl etməyib. Bunun üçün avqustun 31-də xüsusi brifinq keçirilib və bir neçə saat əvvəl Gürcüstan hökumətinin Avropanın ayırdığı makromaliyyə yardımınınikinci hissəsini almaqdan imtina etdiyi haqda səsləndirdiyi bəyanata cavab verilib.
Avropa İttifaqının nümayəndə heyəti məhkəmə hakimiyyətinin müstəqillik və hesabatsızlıq problemiə xüsusi diqqət yetirib.
Bildirilib ki, Ali Məhkəməyə hakimlərin seçimi zamanı Venesiya Komissiyasının tövsiyələrinə əməl olunmayıb: “Namizədlər üçün bərabər şərait olmayıb, məhkəmə sisteminin şəffaflığının artırılmasına yönəlmiş bir sıra qanun dəyişiklikləri həyata keçirilməyib”.
2020-ci ilin noyabrında pandemiya və onun iqtisadi fəsadlarının öhdəsindən gəlmək üçün əhaliyə dəstək məqsədilə 150 milyon avro həcmində yardım ayrılıb. Məbləöin yarısı dərhal kğçürülüb, ikinci hissəsinin təqdim edilməsi 2021-ci ilin sonunda baş verməli idi.
Makromaliyyə yardımının şərtləri 2020-ci il 19 apreldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hakimiyyət və müxalifət qüvvələri arasında imzalanan razılaşmadakı öhdəliklər sırasına daxil idi.
“Avropa İttifaqı assosiasiya razılaşmasına müvafiq olaraq Gürcüstanda bütün islahatları dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Amma yardım əvvəlki kimi həlledici islahatların reallaşdırılmasında əldə olunan inkişafdan asılı olacaq”, – Aİ nümayəndə heyəti bəyan edib.
“Gürcüstana 75 milyon avro lazım deyil, çünki iqtisadiyyatı güclüdür”
Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 31-də elan edib ki,Ə hökumət Avropa İttifaqının 75 milyonluq yardımını almaqdan imtina edib.
“Gürcüstanda yaxşı, güclü iqtisadi yüksəliş var. Hökumət xarici borcları azaltmağa başlayıb və artıq Avropa İttifaqının yardımının ikinci tranşına ehtiyac yoxdur”, – Qaribaşvili bildirib.
Bəzi ekspertlər və siyasətçilər hökumətin bu qərarını ölkənin Avroatlantik kursundan birbaşa yayınması kimi dəyərləndirir.
“Aİ-nin 75 milyonluq yardımının dayandırılması ən azı on dəfə daha artıq itki deməkdir. İndi bütün potensial investorlar Gürcüstanı yüksək risk zonasına daxil edəcəklər və burada işlərini dayandıracaqlar”, – ekspert Qiya Xuxaşvili hesab edir.