Ağ Ev ABŞ Konqresinin hər iki palatasının qəbul etdiyi ermənilərin soyqırımının tanınması haqqında qətnaməni dəstəkləmədi
ABŞ prezidenti Donald Trampın administrasiyası dekabrın 12-də Senatın qəbul etdiyi 150 saylı Osmanlı imperiyasında Birinci dünya müharibəsinin gedişində ermənilərin soyqırımının tanınması haqqında qətnaməni rədd edib.
Beş günlük susqunluqdan sonra Dövlət Departamentində bildiriblər ki, “ABŞ administrasiyasının mövqeyi dəyişməzdir” və 1915-ci ilin tarixi hadisələrinə orada məhz “kütləvi qətllər” kimi baxmaqda davam edirlər.
Ermənistanda Dövlət Departamentinin bəyanatı müzakirə edildi, lakin anlayışla qarşılandı. Rəsmi şəxslər kimi, ekspertlər də narahatlıq üçün əsas görmürlər. Soyqırımının tanınması uzun prosesdir və bu il bu planda artıq müəyyən nailiyyətlər var, bunu Ermənistan rəhbərliyində deyiblər.
• Rəy: «ABŞ Senatının Osmanlı Türkiyəsində erməni soyqırımı üzrə qətnaməsi qanun deyil»
Ermənilərin soyqırımı 1915-ci ildə Osmanlı Türkiyəsində kütləvi qətliamdır. O vaxta qədər Osmanlı imperiyasının ərazisində təxminən iki milyon yarım erməni yaşayırdı. Qətllərin və kütləvi deportasiyanın nəticəsində onların yarıdan çoxu həlak olub.
Ötən əsrin əvvəllərində Osmanlı imperiyasındakı faciəvi hadisələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb və ittiham olunub ki, bunların arasında Avropa Şurası, Avropa parlamenti, Ümumdünya kilsələr şurası var. Ermənilərin soyqırımını tanımış ölkələr isə bunlardır: Kanada, Argentina, İsveçrə, Avstriya, İtaliya, Rusiya, Belçika, Fransa, Polşa, Slovakiya, Niderland, Uruqvay, Yunanıstan, Kipr, Vatikan, Almaniya, Livan, ABŞ-ın 48 ştatı.
Türkiyə bu cür dəyərləndirməni qəti qəbul etmir.
Bəyanatın təfərrüatları
Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus dekabrın 17-də deyib:
«[ABŞ] administrasiya[sı]nın mövqeyi dəyişməyib. Bizim baxışlarımız aprel ayında prezidentin bu mövzuda səsləndirdiyi qəti bəyanatda əksini tapıb».
Aprelin 24-də erməni soyqırımının qurbanlarının xatirə günü qeyd olunur. Hər il ermənilər ABŞ prezidentlərinin çıxışlarını gözləyirlər və ümid edirlər ki, “soyqırımı” sözü səslənəcək. Bu vaxta qədər bu baş verməyib.
2019-cu ildə Amerika prezidenti Donald Tramp bəyanatla çıxış edərək, milyondan çox insanın qətlini və deportasiyasını “iyirminci əsrin ən pis kütləvi vəhşiliklərindən biri” adlandırıb. O, sələfi Buş kimi, “Mets yegern” (“Böyük qətliam”) erməni sözlərindən istifadə edib, lakin “soyqırımı” kəlməsindən qaçıb.
Dövlət Departamentinin bəyanatına Ermənistanda reaksiya
İlk növbədə, bildirmək lazımdır ki, ABŞ Konqresinin hər iki palatası ermənilərin soyqırımını tanıyıb və ittiham ediblər – Ermənistan milli məclisinin beynəlxalq münasibətlər üzrə komissiyasının sədri Ruben Rubinyan belə hesab edir:
«Əlbəttə, yaxşı olardı ki, ABŞ Dövlət Departamenti dərhal mövqeyini dəyişərdi və onu Konqresin mövqeyi ilə uyğunlaşdırardı… Lakin mən düşünürəm ki, ümumilikdə, biz o faktı diqqətə almalıyıq ki, ermənilərin soyqırımının tanınması və ittiham olunması uzun proses olub. Biz buna baxmalıyıq ki, Konqresin özü ilə bağlı halda bu birmənalı tanınmanı və ittihamı əldə edənə qədər neçə il keçib».
Şərh
Politoloq Suren Sarkisyan
özünün Facebook səhifəsində
«Tramp son 30 ildə yeganə prezidentdir ki, ermənilərə heç bir vəd verməyib və buna görə də, onlara “atmayıb”. O, ümumiyyətlə, Konqresin iki qətnaməsindən sonra soyqırımı haqda danışmayıb. ABŞ-ın Türkiyədəki səfirliyi bildirib ki, qətnamələrin qəbul edilməsi nəticəsində administrasiyanın mövqeyi dəyişməyib. Son 40 il ərzində heç bir administrasiyanın mövqeyi dəyişməyib.
Nümayəndələr palatasında o, qətnamənin qəbuluna nəinki müqavimət göstərməyib, hətta onu dəstəkləyib.
Ağ Evin xahişi ilə ümumilikdə üç veto qoyulub. Amma müvəqqəti. İlk dəfə bu ona görə edildi ki, Ərdoğan hələ də Vaşinqtonda idi [söhbət Trampla Ərdoğanın noyabr görüşündən gedir — JAMnews], növbəti iki dəfə isə ona görə ki, türklərlə müəyyən məsələlər üzrə razılığa gəlməyə cəhd edirdilər, lakin bu mümkün olmadı».